TürkPA Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanat verib
Tarix: 02.11.2015 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı mətbuat konfransı keçirib. Konfransda çıxış edən TürkPA-nın baş katibi Jandos Asanov müşahidə missiyasına yaradılan şəraitdən razılığını bildirib.
TürkPA müşahidə missiyasının seçkilərlə bağlı rəyini təqdim edən Qazaxıstan parlamentinin nümayəndəsi Serikcan Kanayev bildirib ki, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament üzvləri, eləcə də TürkPA baş katibinin rəhbərliyi altında beynəlxalq missiya noyabrın 1-də keçirilmiş parlament seçkilərinin qısamüddətli monitorinqini həyata keçirib.
O deyib: “Missiyamız səfər çərçivəsində Azərbaycan respublikasının Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və digər hökumət nümayəndələri ilə görüşlər keçirmişik. MSK sədri ilə keçirilən görüşdə missiya üzvlərinə seçkiyə hazırlıqla bağlı ətraflı məlumat verilib. Texniki və prosedur qaydaları, seçici qeydiyyatı, təlim materiallarının hazırlanması yüksək səviyyədə təşkil olunmuşdu. İlkin nəticələrə görə, seçicilər səsvermədə fəal iştirak ediblər. Biz Binəqədi, Nəsimi, Səbail seçki dairələrinin məntəqələrində olmuşuq və müxtəlif siyasi partiyaların nümayəndələri ilə görüşmüşük. Müşahidələrimiz zamanı seçicilərin seçki prosesinə sakit və təmkinli yanaşmasını müşahidə etdik”.
Bildirilib ki, seçkilərin keçirilməsi üçün mükəmməl hüquqi-texniki baza yaradılıb. Missiya tərəfindən hər hansı qanun pozuntuları qeydə alınmayıb. Seçki prosesi qanunvericiliyə və beynəlxalq standartlara uyğun təşkil olunub. TürkPA beynəlxalq müşahidəçilər missiyasının gəldiyi nəticəyə görə, noyabrın 1-də parlament seçkiləri qanunauyğun keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info