Əli Kərimli Əkrəm Əylislini niyə müdafiə edir?
Tarix: 11.02.2013 | Saat: 21:48:00 | E-mail | Çapa göndər


Tahir Kərimli: “Əli Kərimli millətə xəyanət edir”

Xəbər verildiyi kimi, bütün ictimaiyyət və ictimaiyyət nümayəndələri Əkrəm Əylislinin antiazərbaycan mövqeyini və onun özünün “Daş yuxular” adlı əsərində azərbaycanlıların guya erməniləri qırması, azərbaycanlıların qaniçən obrazını formalaşdırması, erməni-azərbaycanlı münaqişəsini tamam təhrif etməsini sərt qınamaqdadır.

Müxalifətin radikal kəsimi öncə bu qınaqlara qoşulmaqdan yayınsa da, nəhayət, ictimai qınağın bu yayınmaya görə özlərinə qarşı yönəldiyini görüb bəyanat verməyə məcbur oldular. Belə ki, “ictimai palata” Əylislinin mövqeyini və əsərini pisləyən bəyanatla çıxış etməyə məcbur oldu. Amma qeyd etmişdik ki, bu palata yekcins deyil və burada hər cür məqamlardan firqə maraqları naminə yararlanmaq istəyən ünsürlərə rast gəlmək olar. Belə də oldu və orada təmsil olunan AXCP sədri Əli Kərimli hazırda Əkrəm Əylisliyə qarşı olan cəmiyyətin təpki və qınağını “söz azadlığına təhdid” kimi dəyərləndirir. O, bu məqamdan spekulyasiya edərək yararlanmaq istəyir və beynəlxalq təşkilatların diqqətini cəlb etmək, onların diqqətinə düşmək üçün bir fürsət axtarır. Əli Kərimlinin belə bir mövqeyi isə siyasi arenada da pislənilir. Bu barədə qəzetimizə fikirlərini bildirən Vəhdət Partiyasının sədri Tahir Kərimli belə qeyd etdi: “Bu yol Orxan Pamuk yoludur, amma Əkrəm Əlyisli onu da gedə bilməz. Sən öz xalqına, millətinə xəyanət elə, əsərində onu hər məqamda aşağıla, təhqir elə, bu yolla bəlkə xaricdən mükafatdan-zaddan aldın, ya da ermənilərdən, erməni lobbisindən dəstək aldın, maddi təminat aldın. Bu cür insanların milli gücə, həmrəyliyə, milli etimada inamı yoxdur, onlar üçün xaricilər öndədir. Onların milli dövlətinə və xalqına bağlılıqları yoxdur. Bu insanlar düşünsələr, fikirləşərlər ki, bəs nə üçün ermənilərin bizi öz qanımıza qəltan etmələrini, soyqırımı törətmələrini dünya arenasına söz azadlığı prinsipi ilə çıxarmırlar? Nədən söz azadlığını beynəlxalq arenada, ermənilərin azərbaycanlıları qırması faktları əsasında müdafiə etmirlər? Söz azadlığının nə fərqi var? Söz azadlığı real faktlara əsasən ifadə edildikdə, daha çox məntiqi olur və qəbul edilir. Elə isə ortada faktlar var, Əkrəm Əylisli kimiləri və eləcə də onun Əli Kərimli kimi müxalif havadarları niyə bu məqama görə söz azadlığından qaçırlar? Nədir onlara mane olan? Əlbəttə ki, antimilli mahiyyətləri ilə üst-üstə düşən şəxsi mənfəətpərəstlikləri. Ona görə də ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlara qarşı baş vermiş epizodik və təkcə cavab aksiyasını, yaxud da KQB-nin ölkəmizdə törətdiyi Sumqayıt olayını şişirtmək, kontekstdən çıxarmaq ifrat qərəzdir və bu qərəzi dəstəkləyənlərin mahiyyətinin də bir daha antiazərbaycan olduğu bəlli olur. Belələri düşünür ki, əvvəl Əkrəm Əylisli kim olur-olsun, indi bizdəndir, yəni Ziyalılar Forumunda təmsil olunur. Belə çıxır ki, kimsə millətin əleyhinə çıxdı, eyni zamanda da müxalifətdə oldu, milli mənafeyi qurban verib bu cür adamları müdafiə etmək lazımdır? Bu cılız firqə maraqlarından irəli gəlir. Əslində bu cür mövqe sərgiləmək eyni zamanda da millətə xəyanət etmək deməkdir. Əli Kərimlinin bu məsələdə Əkrəm Əylislini “söz azadlığına təzyiq” adı altında müdafiə etməsi əslində millətə xəyanət etməkdir. Belə çıxır ki, bu şəxs öz millətinə və vətəninə xəyanət edir.”
Tahir Kərimli qeyd edir ki, əslində heç kim Əkrəm Əylisliyə linç məhkəməsi qurmağı tələb etmir, sadəcə ona siyasi, ictimai və mənəvi baxımdan mövqe göstərmək vacibdir və milli mənafeyimiz, heysiyyətimiz bunu tələb edir. Bu baxımdan burada “ona qarşı söz azadlığına görə təzyiq” məsələsi ilə bağlı spekulyasiya etmək sadəcə, bu məsələdən də firqə maraqları naminə yararlanmaq cəhdləridir. O qeyd etdi ki, burada da belə addım atan hər hansı müxalifət nümayəndəsi bir daha açıq-aşkar özünü ifşa etmiş olur.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info