İtaliyalı deputat: “Seçkidə iştirakımız Avropa Parlamentinin qətnaməsinə etirazdır”
Tarix: 02.11.2015 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


“Seçkilər nizamlı şəkildə, yüksək səviyyədə təşkil olunmuşdu”.
Bunu İtaliya Senatının üzvü, İtaliya parlamentinin seçkiləri müşahidə missiyasının rəhbəri Sergio Divina bildirib.
Onun sözlərinə görə, müşahidə zamani qanunların pozulması hallarına rast gəlməyiblər: "Seçkilər Avropa standartlarına uyğun təşkil olunub. İndiyədək ATƏT və Avropa Şurası çərçivəsində bir çox ölkədə seçkilərini müşahidə etmişik. Əminliklə deyə bilərəm ki, müstəqilliyini yeni əldə etmiş Azərbaycanda keçirilən demokratik seçkilər kimi başqa yerdə seçki keçirilməsini müşahidə etməmişəm”.
O qeyd edib ki, Azərbaycan haqda həqiqətə uyğun olmayan fikirlər səsləndirilir.
"Düşünürəm ki, Azərbaycan kimi ölkəni təcrid etmək, ATƏT-in müşahidəçi göndərməməsi mənfi haldır. Mövcud beynəlxalq böhran vəziyyətində Azərbaycana böyük ehtiyacımız var. Həm dini, həm mədəni fundamentalizm bir sahələrdə problemlər yaradır. Azərbaycan modeli Avropa və beynəlxalq ictimaiyyətə nümunə olmalıdır. Bizim burada iştirakımız Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə etirazdır” – deyə, missiya rəhbəri əlavə edib.
İtaliya müşahidə missiyasının üzvü Fiorella Provera isə özünü Azərbaycanın dostu hesab etdiyini bildirib: “Azərbaycan dünyada bir neçə dini birləşdirən modeldir. Müsəlman, xristian və yəhudilərin bir arada yaşadığını görürük. Azərbaycan demokratiya yolunda öz xəttini seçib. Dünyanın Azərbaycana ehtiyacı var. Azərbaycan geostrateji cəhətdən mühüm ölkədir, eyni zamanda enerji resurslarına malikdir. Beynəlxalq ictimaiyyət isə əsasən, Dağlı Qarabağ problemi ilə bağlı narahatlıq keçirməlidir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
16.11.2018
“Gənclər və gənclər təşkilatları Azərbaycanın maraqlarının xaricdə müdafiəsində daha yüksək fəallıq göstərirlər”
16.11.2018
İsrail Azərbaycana yeni səfir təyin etdi
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info