Seçki fəallığı daha da artıb
Tarix: 02.11.2015 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Dövlətin və xalqın demokratik inkişafında əhəmiyyətli rol oynayan seçkini bir jurnaist olaraq izləmək maraqlıdır. Havanın soyuq və küləkli olmasına baxmayraq, insanlarda parlament seçkilərində fəallıq müşahidə olunurdu. Bu seçkilərə uşaqların da maraqlı olması diqqət çəkirdi. Çünki bəzi valideynlər seçki məntəqələrinə öz uşaqlarının əlindən tutaraq gəlirdirlər. Əslində, bu, insanlarda seçki şüurunun formalşmasına və yetişən gənc nəslin də bu şüurla böyüməsinə işarədir.
10 saylı Binəqədi III seçki dairəsinin 31 saylı seçki məntəqəsində olarkən həm seçicilər, həm də müşahidəçilər üçün qanunverciliyə uyğun olaraq hər bir şəraitin yaradıldığının şahidi olduq. Ayrıca, medianın seçki prosesini işıqlandırması üçün heç bir maneçilik yaradılmırdı. İnsanlar yüksək əhvali-ruhiyyədə seçkiyə səs vermək üçün gəlirdilər. Hətta bəzi insanlar bir-biri ilə “seçki bayramlaşması” edirdilər. Bu da insanlarda seçki sevincinə bir nümunədir.

“Seçicilər rahat şəkildə gəlib istədikləri namizədə səs verirlər”

10 saylı Binəqədi III seçki dairəsinin 31 saylı seçki məntəqəsinin sədri Ziyat Nəbiyev bizimlə söhbətində seçki prosesinin gedişindən razılıq etdi: “Gördüyünüz kimi seçki prosesi tam şəffaf keçir. Heç bir namizədin burada təbliğat və təşviqatı aparılmır. Seçicilər rahat şəkildə gəlib istədikləri namizədə səs verirlər. Biz üzərimizə düşəni qanun çərçivəsində edirik. Məqsədimiz vətəndaşların seçki rahatlığını təmin etməkdir”. Ziyat Nəbiyev seçici aktivliyini yüksək qiymətləndirdi: “Gözlənildiyi kimi, insanların seçkilərdə fəallığı çox yaxşıdır. Cavanlarla bərabər yaşlılar da gəlib sevinclə səs verirlər. Yəni qoca insanlar da gəlib seçki haqqında istifadə edirlər. Bu da bizi çox sevindirir. Çünki insanlar seçkiyə dəyər verirlər.”

“Seçkiyə inam var”

9 saylı Binəqədi II seçki dairəsinin 29 saylı seçki məntəqəsində də seçki prosesi qanunamüvafiq formada təşkil olunmuşdu. Digərlərindəki kimi, məntəqəyə daxil olan hər seçicinin öncə baş barmağı yoxlanılırdı. Daha sonra seçicilərin baş barmaqlarına təkrar seçkidə iştirak edə bilməməsi üçün mürəkkəb vurulurdu. Seçkinin qapalı olması üçün seçicilərə pərdəli seçki kabinəsi yaradılmışdı. Şəxsiyyət vəsiqəsini təqdim edən hər bir seçici adını qeydiyyata salandan sonra seçki bülletenində qapalı şəkildə istədiyi namizədə səs verirdi. Burada da bir çox hallarda seçki növbəsi yaranırdı. Seçkiyə insanların axın şəklində gəlməsi bir daha demokratik düşüncənin inkişaf göstəricisidir. Bizimlə söhbət edən 9 saylı Binəqədi II seçki dairəsinin 29 saylı seçki məntəqəsinin sədri Həcər Mahmudova da bu haqda öz fikirlərini bölüşdü: “Seçki demokratikləşmə prosesinin vacib amilidir. Hər keçirilən seçki demokratik baxımdan atılan növbəti addımdır. Bu, həm də demokratik inkişaf deməkdir. Bu inkişaf Azərbaycanda da müşahidə olunur. Artıq, insanlar seçkinin nə olduğunu dərk edirlər. Hər şeydən əvvəl, seçkiyə inam var. Bu seçkilərdə biz bunun bir daha şahidi olduq”.
Həcər Mahmudova dedi ki, əsas məqsədləri seçkinin şəffaf keçirilməsidir: “Biz bunun üçün bütün lazımi təşkilati işləri görürük. Müxtəlif partiya və namizədlərin müşahidəçiləri seçkini müşahidə edirlər. Sakinlər gəlib öz səslərini verirlər. Hər hansı nöqsan qeydə alınmayıb”.

“Səs verməklə öz haqqımıza sahib çıxırıq”

Müşahidə apardığımız daha bir ərazi 8 saylı Binəqədi I seçki dairəsinin 34 saylı seçki məntəqəsinə aid idi. Burada da səsvermə prosesinin şəffaflığı tam təmin olunmuşdu. Seçki məntəqəsinin əməkdaşları səsvermədə iştirak edənlərə hər hansı müdaxilə etmirdilər. İnsanlar yaradılan şəraitdən və seçki prosesinin gedişindən razılıq edirdilər. Binəqədi rayonunun qocaman sakini Yunus Bünyadov öz həyat yoldaşı ilə səsverməyə gəlmişdi. O dedi ki, hər zaman həvəslə gəlib belə səsə verirlər: “Demokratik ölkədə yaşayırıq. Dövlətimiz də bu yolda inkişaf strategiyası tutub. Səs vermək bizim haqqımızdır. Bu cür səs verməklə öz haqqımıza sahib çıxırıq”.
İnsanların seçkiyə belə qiymət verməsi nümunəvi haldır. Bu kimi münasibət, eləcə əksər məntəqələr qarşısında seçici izdihamının yaşanması bir daha göstərir ki, ölkə vətəndaşlarında seçkidə iştirak həvəsi daha da artıb.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərinin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info