Türkiyə səfirliyinin yeni mədəniyyət müşaviri işə başladı
Tarix: 02.11.2015 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Azərbaycanda Türkiyə səfirliyinin mədəniyyət və turizm işləri üzrə yeni müşaviri Murat Karaçanta fəaliyyətə başlamışdır. Türkiyə respublikasının 92-ci ildönümünə həsr olunmuş rəsmi tədbirə qatılan yeni müşavirin KİV və içtimaiyyətin nümayəndələri ilə ilk tanışlığı hər kəsdə xoş təsüratlar yaratmışdır.
Uzun illər Türkiyənin 3-cü böyük şəhəri İzmirdə Mədəniyyət və Turizm idarəsində müdür müavini vəzivəsində çalışan Murat Karaçanta Azərbaycana böyük arzularla gəldiyini və burada da gözlədiyindən də böyük məhəbbətlə qarşılandığını söyləmişdir:
-Əslində mən öz doğma vətənimə gəlmişəm. Hələ 20-ci illərdə Sovetlər dönəmi yeni qurulanda Sibir sürgünündən qaçıb can qutaran babalarım Qarsa gəlmişlər. Onlar Qərbi Azərbaycandan, Qaraçanta kəndindən olmuşlar. Babalarım kəndlərinin adını özlərinə soyadı kimi qəbul etmış, şükürlər olsun ki, bu əmanəti nəslimizin onlarca övladları bu gün də şərəflə daşımaqda və qorumaqdadırlar.
Yeni müşavir qeyd etmişdir ki, bu gün Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən daha çox turizmdə böyük uğurlar əldə olunmaqdadır. Bu gün Türkiyənin bir çox şirkətləri Azərbaycanda turizm sektorunda çox böyük layihələrlə çıxış edirlər. Hətta ölkələrimiz arasında imzalanan sənədlər, qarşılıqlı anlaşmalar da çox vaxt bizim münasibətlərimizə darlıq edir. Şükürlər olsun ki, bu gün bu baxımdan işlərimiz uğurla davam etməkdədir. Bizim hər işimizin təməlində böyük bir səmimiyyət var. İndiyə qədər iki qardaş ölkə arasında turizm, mədəniyyət və digər sahələrdə hər hansı bir problemlə üzləşməmişik, ümidvaram ki, bundan sonra da üzləşməyəcəyik.


Sağda Murat Karaçanta






 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info