Aİ-nin nümayəndə heyəti: “Seçki şəffaf və azad keçirilib”
Tarix: 02.11.2015 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Avropa İttifaqının yerli seçilmiş üzvlərindən ibarət seçki nümayəndə heyətinin Azərbaycanda keçirilmiş 1 noyabr 2015-ci il parlament seçkilərinə dair bəyanat yayıb. Avropa İttifaqının yerli siyasətçilərindən, eyni zamanda Aİ Regionlar Komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti noyabrın 1-də keçirilən parlament seçkilərinə dair bəyanat yayıb.
Nümayəndə heyətinin üzvləri səsvermə və səslərin sayılması prosesi ərzində 54 seçki məntəqəsində müşahidə aparıb: “Həmin yerlərdə seçki prosesinin əsas demokratik standartlar və prinsiplərə müvafiq keçirilib. Nümayəndə heyəti üzvlərinin müşahidələrinə əsasən, bəzi qanun pozuntuları qeydə alınıb. Lakin baş çəkilən seçki məntəqələrində proses yaxşı təşkil olunub”.
Müxtəlif siyasi partiyalara mənsub olan nümayəndə heyəti üzvləri seçkilərin Azərbaycanda demokratiyanın gücləndirilməsi yolundakı irəliləyişə kömək edəcəyinə ümidvar olduğunu bildirib. Həmçinin, Şərq Tərəfdaşlığı çərçivəsində Aİ ilə Azərbaycan arasında daha geniş əməkdaşlıq arzularını ifadə edibdir.
“1 noyabr 2015-ci il parlament seçkiləri beynəlxalq təşkilatların (ATƏT/DTİHB, AP, AŞPA, ATƏT PA) seçkilərin təkmilləşdirilməsi sahəsində tövsiyələrinin böyük əksəriyyəti nəzərə alınmaqla, qanunvericiliyə uyğun olaraq şəffaf və azad keçirilib”, - deyə nümayəndə heyəti bildirib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info