“AŞPA-nın seçki ilə bağlı qiymətləndirməsi haqqın və ədalətin zəfəridir”
Tarix: 02.11.2015 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


“Avropa Parlamenti, ATƏT PA və ATƏT/DTİHB Azərbaycanda 1 noyabr seçkilərini müşahidə etməkdən imtina etdilər. Bununla kifayətlənməyən bu beynəlxalq qurumlar AŞPA-ya da bu seçkiləri müşahidə etməkdən yayındırmaq üçün güclü təzyiqlər etdilər”. Bu fikri millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov bildirib.
Onun sözlərinə görə, bu ədalətsiz təcridin yeganə məqsədi dünyada Azərbaycanın mənfi imicini formalaşdırmaq, insan hüquqları bəhanəsi ilə ölkəmizə siyasi təzyiq etmək, stabilliyi pozmaq, işğal edilmiş torpaqlarımızı bizlərə unutdurmaqdır: “Eyni zamanda, 2013-cü ildə Azərbaycanda keçirilmiş Prezident seçkilərinə verdikləri müsbət qiymətləndirmənin reallıq olduğunu, Azərbaycanın demokratiya yolunda inamla addımladığını həm Avropa Parlamenti, həm AŞPA, həm də ATƏT PA çox gözəl anlayırdı, onlar sadəcə bu reallığı növbəti dəfə görmək və dünyaya bəyan etmək, Azərbaycanda demokratik, şəffaf və azad seçkilərin şahidi olmaq istəmirdilər. Bu səbəbdən təcrid, siyasi təzyiq yolu ilə Azərbaycanı şantaj edirdilər”.
Elxan Süleymanov deyib ki, AŞPA bu təzyiqlər altında Azərbaycana 1 noyabr parlament seçkilərinə müşahidə missiyası göndərilməsi ilə bağlı verdiyi qərarına 3 dəfə hörmətsizlik etdi: “Bu barədə AŞPA Bürosunda qəbul edilmiş və sessiyada təsdiq edilmiş qərar təkrar-təkrar, yenidən Büronun müzakirəsinə göndərilirdi. Nəticədə, 5 fraksiyanı təmsil edən 32 üzvdən ibarət AŞPA müşahidə missiyası 1 noyabr seçkilərini müşahidə etdi və qəbul etdiyi bəyanatla aşağıdakı qiymətləndirməni verdi: “Seçkilər demokratik seçkilərin keçirilməsi üçün hüquqi çərçivəni təmin edən Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun şəkildə keçirildi.
Seçki günü bütün ölkə üzrə sakit və dinc şəraitdə keçdi. Səsvermə prosesinin adekvat və beynəlxalq standartlara müvafiq olduğu müşahidə edildi.
Müşahidə missiyası bu seçki prosesinin dinc və sakit keçməsi ilə bağlı Azərbaycan xalqını təbrik edir.
Seçkilərə hazırlıq və səsvermə prosesləri peşəkar və texniki baxımdan yaxşı səviyyədə təşkil olunmuşdur.
Seçki günü Missiya Seçki Məcəlləsinin hər hansı mühüm yaxud sistemli pozulması hallarını qeydə almamışdır.
Missiya müşahidələrini ümumiləşdirərək bildirir ki, 1 noyabr parlament seçkilərində müəyyən çatışmazlıqların qeydə alınmasına baxmayaraq, seçici fəallığının mühüm dərəcədə artması, səsvermə və səslərin sayılması vaxtı şəffaflıq Azərbaycan Respublikasının azad, ədalətli və demokratik seçki istiqamətində atdığı növbəti addımların göstəricisidir və bu seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir”.
Elxan Süleymanov bildirib ki, AŞPA-nın bu qiymətləndirməsi haqqın və ədalətin zəfəridir: “Bu qiymətləndirmə 1 noyabr seçkilərini baykot edən Avropa Parlamenti, ATƏT PA və ATƏT/DTİHB-nin iç üzünü açdı və onların məkirli niyyətlərini ifşa etdi. Avropa, nəhayət, Azərbaycan reallığını qəbul etməli, ədalətsizliyə son qoymalı, siyasi təzyiqlərdən əl çəkməli, Azərbaycanla əməkdaşlıq etməlidir. Biz isə əməkdaşlığa daim açığıq”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info