Dağ Yəhudiləri Sinaqoqunda “Tövrat“ın təqdim olunması mərasimi
Tarix: 02.11.2015 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


“Azərbaycan multikulturalizminə səyahət” layihəsi çərçivəsində Los-Ancelesdəki Sinay Məbədinin nümayəndə heyətinin iştirakı ilə Dağ Yəhudiləri Sinaqoqunda "Tövrat"ın təqdim olunma mərasimi keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə qeyd olunub ki, Tövrat bu ilin fevralında ABŞ-a səfər edən Azərbaycan nümayəndə heyətinə bağışlanıb.
Tədbirdə Sinay Məbədinin ravvini David Volpe mərasim iştirakçılarını salamlayaraq vurğulayıb ki, Azərbaycan çoxəsrlik multikultural dəyəri, tolerant mühiti ilə bütün dünya ölkələrinə örnək ola bilər.
Dağ Yəhudiləri icmasının rəhbəri Milix Yevdayev bu günkü tarixin yaddaşlarda həmişə yaşayacağını diqqətə çatdırıb. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev təqdimat mərasimini xalqları, mədəniyyətləri birləşdirən dəyər kimi xarakterizə edib.
Bakı Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç Azərbaycanda yəhudilərin neçə yüz illərdir dinc, qardaşcasına yaşadığını dilə gətirib. Professor Səməd Seyidov bildirib ki, təqdim olunan "Tövrat" həm də xalqları, icmaları birləşdirir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycan dövlətinin ünvanına bu ölkədə yəhudilər və digər xalqların, dinlərin nümayəndələrinin bir arada sülh, qardaşlıq şəraitində yaşaması ilə bağlı dedikləri xoş sözlərə görə qonaqlara təşəkkür edib.
Tədbirdən sonra nümayəndə heyəti Quba şəhərinə yollanıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info