Nazirlik şou-bizneslə bağlı yoxlamalara başlayır
Tarix: 02.11.2015 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


Azərbaycanda Vergilər Nazirliyi şou-biznes nümayəndələri ilə bağlı vergi yoxlamalarına başlayacaq. Bu barədə Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, ayrı-ayrı sənət adamları mediada vaxtaşırı toy qiymətlərini açıqlayırlar. Açıqlanan bu siyahılardan məlum olur ki, onlar toy şənliklərində çıxışlarına görə yüksək qonorar alırlar. Amma müğənnilərin bu qazanclardan dövlətə vergi ödəyib-ödəmədikləri sualı açıq qalıb. Müğənnilər, şou-biznes sahəsində çalışan sənətçilər vergiləri necə ödəyir? Ümumiyyətlə, vergi ödəyirlərmi?


Nazirliyin mətbuat xidmətindən bildirilir ki, şou-biznes və musiqi fəaliyyəti ilə məşğul olan müğənnilər, əyləncə obyektlərində çıxış edən fərdi şəxslərlə bağlı mütəmadi olaraq maarifləndirmə və nəzarət tədbirləri keçirilməsinə, onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu zümrədən olan vergi ödəyiciləri arasında vergi öhdəliklərinə əməletmə səviyyəsi çox aşağıdır: “Cari ilin ötən 9 ayının nəticələri təhlil olunarkən, kütləvi informasiya vasitələrində tanınmış şou-biznes nümayəndələrinin toylarda və digər tədbirlərdə hansı qiymətə çıxış etmək müqabilində aldıqları və KİV-lərdə açıq şəkildə bəyan edilən qonorarların məbləği ilə həmin şəxslər tərəfindən təqdim olunmuş vergi bəyannamələrin göstəriciləri arasında ciddi uyğunsuzluqlar aşkar olunub.
Hazırda şou-biznes və musiqi fəaliyyəti ilə məşğul olan, əyləncə obyektlərində fərdi qaydada çıxış edən sənət adamlarının vergi öhdəliklərinə vaxtında və tam həcmdə əməl etmələrinə nəzarətin gücləndirilməsi məqsədilə həmin şəxslərin kütləvi informasiya vasitələrində açıqlanan gəlirləri və dövlət büdcəsinə ödədikləri vergilərin məbləğləri araşdırılır.
Vergilər Nazirliyi bir daha şou-biznes nümayəndələrini dövlət büdcəsinə vergiləri tam həcmdə və vaxtında ödəməyə dəvət edir və bildirir ki, həmin şəxslər cari ilin sonuna qədər öz vergi öhdəliklərini tam həcmdə yerinə yetirməyəcəkləri təqdirdə, onların hər biri barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcək və nəticələri ictimaiyyətə açıqlanacaq”.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
Monqolustan Azərbaycan peykinin imkanlarından istifadə edə bilər - YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”
24.09.2018
Əli Əhmədov: “Kənd təsərrüfatı ixrac potensialının daha da yüksəlməsinə öz töhfəsini verəcək”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info