“Azərbaycanda müşahidə etdiyimiz bəzi məqamlar bizim ölkəmizdə də tətbiq oluna bilər”
Tarix: 02.11.2015 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


Azərbaycanda seçkini müşahidə edən Avstraliya parlamentinin üzvlərindən ibarət nümayəndə heyətinin rəhbəri, Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvü Luke Simpkins mətbuat konfransında bildirdi ki, noyabrın 1-də Bakı, Gəncə və Azərbaycanın digər rayonlarında məntəqələrin açılışını müşahidə ediblər: “Gün ərzində xeyli məntəqədə olduq. Çalışdıq ki, səsvermə prosesini izləyək. Məntəqə seçki komissiyalarının üzvləri ilə ünsiyyətdə olduq. 20-yə yaxın məntəqədə olduq. Bizə təqdim olunan seçki qanunvericiliyinin ingilis dilində olması çox təqdirəlayiq haldır”. L. Simpkins bildirdi ki, Azərbaycanda müşahidə etdikləri bəzi məqamlar Avstraliyada da tətbiq oluna bilər: “Bəzi məqamların da daha fərqli ola biləcəyini hesab edirik. Bunlar demokratik proseslərin inkişafına müsbət təsir edə bilərdi. Avstraliyada seçki sistemi Azərbaycandan çox fərqlidir. Bizdə səsvermədə iştirak məcburidir, Azərbaycanda isə könüllüdür. Hesab edirəm ki, seçki prosesi nizamlı və səmərəlidir”. O, bunun Azərbaycana ikinci gəlişi olduğunu xatırlatdı və qeyd etdi ki, nümayəndə heyətinin üzvlərinin isə ilk səfəridir.
David Yohnston isə bildir ki, 9 seçki məntəqəsində olub: “Bir sıra ölkələrdə olmuşam. Azərbaycanda seçkilər çox ədalətli şəkildə keçirildi. Seçkinin gedişi ilə bağlı heç kim bizə öz etirazını bildirmədi. Mən hətta oradakı mürəkkəbin keyfiyyətini də yoxladım. Gördüm ki, çox keyfiyyətlidir. Səsvermə qutuları şəffaf idi. Həmçinin hamının gözü qarşısında, şəffaf şəkildə qutular açıldı. Mən seçkinin gedişindən razıyam”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info