“Azərbaycanda seçkilərin azad və demokratik şəkildə keçirilməsi bir daha sübut olundu”
Tarix: 02.11.2015 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


“Azərbaycanda seçkilərin azad və demokratik şəkildə keçirilməsi sonda bir daha sübut olundu. Hər kəs azad şəkildə öz namizədini müəyyən etdi”. Bu barədə mediaya danışan “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov açıqlamasında bildirib ki, builki səsvermədə insanlar aktiv şəkildə iştirak ediblər: “Ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicidən 2 milyon 897 min 188-i səsvermədə iştirak edib. Bu, ötən parlament seçkiləri ilə müqayisədə təxminən 6 faiz çoxdur. Və diqqətdən yayınmayan digər hadisə isə gənclərin parlament seçkilərində daha fəal olması idi. Bu, çox sevindirici bir haldır. Artıq gənclər öz hüquqlarını bilir və bunu dəyərləndirirlər.
Gənclər səsvermə ilə yanaşı seçkilərdə müşahidəçilik də etdilər. Bu çox müsbət haldır. “İRƏLİ”nin üzvləri də müxtəlif səsvermə məntəqələrində müşahidəçi qismində seçkilərin şəffaf keçirilməsində dəstək oldular. Azərbaycanda sosial-demokratik, liberal-demokratik, konservativ, sosialist, neokonservativ, neoliberal, antikommunist yönümlü partiyalar fəaliyyət göstərir. Seçkilərdə hər bir partiya nümayəndəsinin təmsil olunub, seçilməsi çox yaxşı bir haldır. Hər kəs fərqli düşüncəyə sahib olduğu kimi, hər partiya da fərqli düşüncəyə sahibdir. Bu da onu göstərir ki, ölkəmizdə fikir azadlığı mövcuddur və hər kəsin düşüncəsi yüksək qiymətləndirilərək dəyərləndirilir”.

Qorqud






 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info