Məhərrəm Məmmədyarova həsr olunan kitabın təqdimatı keçirildi
Tarix: 02.11.2015 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Əsaslı kitabxanası görkəmli alim, kimya elmləri doktoru professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli Məhərrəm Əli oğlu Məmmədyarovun Biblioqrafiya adlı kitabının təqdimatını keçirib.
AMEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnsititutu və Mərkəzi elmi kitabxananın “Azərbaycan elm və mədəniyyət xadimləri” seriyasında nəşr olunan kitabın təqdimatda ADNSU-nun Elm və texnika işləri üzrə prorektoru professor Ramiz Həsənov, kimya sahəsində öz sözünü demiş alimlərimiz - professor Keykavus Əcəmov, professor Sabir Mustafayev, kitabxana direktoru Səlahət Mahmudova, kitabxana işçiləri və tələbələr iştirak ediblər. Tədbirdə görkəmli alimin elmə verdiyi töhfələrlə yanaşı, onun görkəmli ziyalı və bir insan kimi gənc nəslə örnək olduğu qeyd olunub. Tədbir iştirakçıları professorun zəngin həyat və yaradıcılığından söz açılmaqla yanaşı, belə bir kitabın ərsəyə gətirilməsini alimin əməyinə verilən müsbət dəyər kimi qiymətləndiriblər.
Qeyd edək ki, Məhərrəm Məmmədyarovun əsas elmi istiqamətini yeni sintetik sürtkü yağlarının alınması və neft mikrobiologiyasi təşkil edir. Onun rəhbərliyi ilə neft mikrobiologiyası sahəsində tədqiqatların təşkili nəticəsində Azərbaycanda ilk dəfə olaraq neft xüsusi növ mikroorqanizmlərdən istifadə etməklə neft quyularının məhsuldarlığının artırılmasının yeni üsulu işlənib hazırlanıb və sənaye miqyasında sınaqdan keçirilib. “Məhərrəm Əli oğlu Məmmədyarovun biblioqrafiyası”nda 1954-cü ildən 2015-ci ilə qədər olan dövrü əhatə olunub. Kitaba müxtəlif toplularda, jurnallarda, qəzetlərdə rus və ingilis dillərində çap olunmuş məqalələr və monoqrafiyalar daxildir. Biblioqrafiyada verilmiş materiallar xronoloji ardıcıllıqla yerləşdirilməklə, əsərlərin əlifba göstəricisi ilə verilib. Eyni zamanda alimin həyatı, ictimai fəaliyyəti haqqında qısa oçerk, elmi əsərlərinin siyahısı, rəhbərlik etdiyi və ya məsləhətçi olduğu dissertasiyalar və elmi fəaliyyəti haqqında aparıcı mütəxəssislərin rəyləri daxil edilib.
Onun çoxsaylı istiqamətdə apardığı elmi tədqiqat işlərinin nəticəsi 3 monoqrafiyada, respublikada və xaricdə nəşr olunan 300-dən çox elmi məqalədə və 57 ixtirada öz əksini tapıb. Hazırda Məhərrəm Məmmədyarov Azərbaycan elmlər Akademiyasının Kimya İnstitutunda “Sintetik yağlar” laboratoriyasına rəhbərlik edir.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info