“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün digər ölkələrdən daha çox səy göstərir“
Tarix: 02.11.2015 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


"Rusiya müharibənin yenidən başlamasını istisna edən siyasi həlli davamlı dəstəkləyərək Dağlıq Qarabağ münaqişəsinin həlli üçün digər ölkələrdən daha çox səy göstərir".
Bu sözləri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistan səfəri öncəsi "news.am" saytına müsahibəsində deyib.
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında ən uzun sürən münaqişələrdən biridir: “Münaqişə hələ Sovet İttifaqı zamanında başlayıb və 30 ilə yaxındır davam edir. Hesab edirəm ki, hər kəsə bu gün aydın olmalıdır ki, münaqişə heç bir tərəfə problemdən başqa heç nə vermir. Onun həlli yollarının axtarılması da ləng gedir. Öz adımızdan deyə bilərəm ki, Rusiya digər ölkələrdən daha çox səy göstərir. Rusiya aktiv şəkildə ATƏT və BMT platformalarında problemin həlli üçün çalışır, Azərbaycan və Ermənistan rəhbərliyi ilə ikitərəfli danışıqlar aparır. Bizim münaqişə ilə bağlı mövqeyimiz davamlıdır. Rusiya müharibənin yenidən başlamasını, qan tökülməsini və humanitar faciə riskini istisna edən siyasi həlli dəstəkləyir”.
V. Matviyenko münaqişənin sülh yolu ilə həlli yollarını axtarmaq üçün Azərbaycan və Ermənistan parlament üzvləri, iş adamları, mədəniyyət və elm xadimlərinin görüşlərinin vacibliyini qeyd edib: “Bu kimi əlaqələr xalqlar arasında etimadın bərpasına xidmət edir. Bu isə siyasi həll tapıldıqda onun uğurla həyata keçirilməsi üçün vacib amildir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info