Qarsdakı beynəlxalq simpozium Azərbaycana həsr olunub
Tarix: 02.11.2015 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Bu yaxınlarda Türkiyənin Qars şəhərində "Azərbaycançünaslıq: Keçmişi, bu günü və gələcəyi" mövzusunda keçirilən beynəlxalq simpoziumda azərbaycanlı digər həmkarlarla yanaşı Naxçıvan Dövlət Universitetinin əməkdaşları da uğurla təmsil olunub. Qars Qafqaz Universitetində fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyatı ixtisasının 10 illik yubileyinə, həmçinin dil, folklor, ədəbiyyat, sənət və tarix məsələlərinə həsr olunan simpoziumun açılış mərasimində Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Azərbaycanın Qars şəhərindəki Baş konsulu Ayxan Süleymanov, Qars Qafqaz Universitetinin və Ərdahan Universitetinin rektorları, professorlar Sami Özcan və Ramazan Qorxmaz, Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Adəm Balqaya çıxış edərək Azərbaycanşünaslığın tarixindən danışıblar, Azərbaycan və Türkiyə arasında ortaq mədəniyyət haqqında fikir və təkliflər səsləndiriblər. On iki bölmə üzrə üç gün davam edən simpoziumda Qarsdakı Azərbaycan cəmiyyətlərinin üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının, müxtəlif ali məktəblərinin nümayəndələri də iştirak edib. Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid simpoziumun elmi heyətini üzvü kimi təşkilati məsələlərdə də yaxından iştirak edib. Onun “Əli Vəliyev və Mirzə İbrahimov Naxçıvanda mətbuat və ədəbi inkişafın təkanverici qüvvələri kimi” mövzusunda etdiyi məruzə, Naxçıvan ədəbiyyat və mətbuat tarixi ilə bağlı araşdırmaları, slaydlar şəklində nümayiş etdirdiyi yeni elmi faktlar və arxiv materialları böyük maraqla qarşılanıb. Məruzəçi Azərbaycanda ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafı ilə bağlı strategiyasının bu gün də uğurla davam etdirilməsi, Naxçıvan Muxtar Respublikasında bu siyasətin konkret real bəhrələri barədə də məlumat verib. Surə Seyid Naxçıvan Dövlət Universitetində tədrisin vəziyyəti, mövcud ixtisaslar və qazandığı nailiyyətlərdən danışıb, muxtar respublikada demokratik mətbuatın inkişafı, müasir ədəbi proseslə bağlı sualları cavablandırıb. Qeyd olunub ki, 2005-ci ildə, Naxçıvan Dövlət Universitetinin də yaxından dəstəyi sayəsində Qars Qafqaz Universitetində yaradılan Azərbaycan dili və ədəbiyyatı bölməsi, universitetdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzəi iki dost dövlət, qardaş xalq arasında ictimai-siyasi, elmi-mədəni əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Seyid Surə Qars Qafqaz Universitetindəki Heydər Əliyev Mərkəzinə, simpozium iştirakçılarına Azərbaycan və Naxçıvanla bağlı yeni elmi-kütləvi nəşrlər, elektron vəsaitlər təqdim edib. Müəllif tərəfindən hədiyyə olunan, ingilis dilində nəşr olunmuş “Naxçıvanda mətbuatın inkişaf tarixi” adlı kitab isə simpozium iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb. Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid bizimlə söhbət əsnasında bildiridi ki, Qars Qafqaz Universitetinin və Ərdahan Universitetinin rektorları simpoziumdakı çıxışlarında təmsil etdikləri ali məktəblərin Naxçıvan Dövlət Universiteti ilə çoxcəhətli əlaqələrini yüksək qiymətlindərərk əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsində maraqlı olduqlarını vurğulayıblar. Simpoziumda Boloniya prosesinin əsas tələblərindən biri olan tələbə mübadiləsi, habelə birgə videoknfarns və onlayn dərslərin təşkili ilə bağlı məsələlər də müzakirə olunub. O vurğuladı ki, Türkiyənin müxtəlif universitetlərindən, Azərbaycan, Gürcüstan, İran, Qırğızıstan, Qazaxıstan və digər ölkələrdən 100-ə yaxın alim və araşdırmaçının iştirak etrdiyi simpozium dövlətçilik və strateji cəhətdən mühüm əhəmiyyət kəsb edir. "Azərbaycançünaslıq: Keçmişi, bu günü və gələcəyi" beynəlxalq simpoziumu gələcəkdə müştərək elmi-tədqiqat işlərinin həyata keçirilməsində və mədəniyyətlərarası dialoqların, elmi əlaqələrin inkişafında mühüm rol oynayacaq. Qeyd edək ki, simpoziumda Naxçıvan Dövlət Universitetinin digər təmsilçiləri – Pedaqogika fakültəsinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehriban Quliyevanın “Əkrəm Cəfəroğlunun “Türk dili tarixi” dərslik monoqrafiyasında müraciət etdiyi problemlər”, Memarlıq və mühəndislik fakültəsinin baş müəllimi, memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qəmbərovanın “Ani şəhərinin İslam dövrü memarlıq abidələri” adlı məruzələri də maraqla dinlənilib.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri





 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı
14.02.2019
Binəqədi RİH yanında İctimai Şura Uşaq Gənclər İnkişaf Mərkəzində tədbir keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info