Messi gününə 100 min istəyir
Tarix: 02.11.2015 | Saat: 22:07:00 | E-mail | Çapa göndər


Lionel Messi şərəfini qoruduğu "Barselona"dan müqaviləni yeniləmək üçün yüksək məbləğdə maaş tələb edib. Argentinalı hücumçunun gününə 100 min avro veriləcəyi təqdirdə, Kataloniya klubu ilə yeni müqavilə imzalayacağı dediyi iddia edilib.
"Barsa" Messinin bu tələbini yerinə yetirərsə, 28 yaşlı oyunçu illik 36 milyon avro qazanmış olacaq. Bu isə futbol tarixinin ən yüksək məbləğli maaşıdır. Qeyd edək ki, L.Messi hazırda ilinə 20 milyon avro qazanır. "Barselona" argentinalı oyunçu ilə müqaviləni yeniləmək üçün 25 milyon avro təklif etmişdi. Onu da qeyd edək ki, Lionel Messinin “El-Klasiko”da iştirak edib-etməyəcəyinə aydınlıq gəlib. 28 yaşlı hücumçu La Liqanın XII turu çərçivəsində Madrid “Real”ı ilə qarşılaşmada forma geyinməyəcək. Buna səbəb zədədən əziyyət çəkən Messinin sağalma prosesinin gecikməsidir. Həkimlər ulduz futbolçunun sıraya gözlənilən vaxtdan gec dönəcəyini bildiriblər. Bu mənada, “Barselona”nın məşqçilər korpusu Messini vaxtından əvvəl meydana buraxmaqla, risk etmək istəmir. Hələ də qaça bilməyən futbolçu fizioterapevt nəzarəti altında müalicəsini davam etdirir. Qaçış hərəkətlərinə başlayandan sonra isə Argentina yığması üzvünün sıraya dönməsi üçün daha 3-4 həftə lazım olacaq. Qeyd edək ki, noyabrın 21-də keçiriləcək “Real” - “Barselona” qarşılaşması Bakı vaxtı ilə 21:15-də start götürəcək.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
UEFA Avropa Liqası: “Fənərbaxça“ turnirdə mübarizəni dayandırıb
22.02.2019
Azərbaycan Gimnastika Federasiyası “Mükafatlandırılan federasiyalar” siyahısında birinci olub
22.02.2019
Rusiyalı atlet Anjelika Sidorova Almaniyada qış çempionatının qalibi olub
21.02.2019
Dünya futbol ulduzları Bakıya gələcəklər
21.02.2019
Azərbaycan Gimnastika Federasiyası FIG tərəfindən “Mükafatlandırılan Federasiyalar“ siyahısında birinci olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info