“Avropa Seçkilərin Müşahidəsi Akademiyası”: “Səslərin sayılması açıq və şəffaf keçirildi”
Tarix: 02.11.2015 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Brüsseldə yerləşən “Avropa Seçkilərin Müşahidəsi Akademiyası” da beynəlxalq QHT-nin üzvü kimi, 1 noyabr parlament seçkilərini müşahidə edib. Müşahidəçilərin çoxu Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, ATƏT PA, NATO Assambleyası, Qərbi Avropa İttifaqı və s. kimi qurumların keçmiş üzvü kimi, seçkilərin müşahidəsində böyük təcrübəyə malikdir.
Dünən Seçkilərin Müşahidəsi Akademiyası missiyasının üzvləri Azərbaycanda baş tutan parlament seçkiləri ilə bağlı mətbuat konfransı keçiriblər. Missiyanın rəhbəri, avstriyalı müşahidəçi Volfqanq Qrossruk dedi ki, seçki günü ölkə boyu dinc keçmiş, səsvermə məntəqələrinə sərbəst və maneəsiz giriş olub: “Beynəlxalq müşahidəçilər keçmişdə yerli orqanlar və polisin seçki prosesinə müdaxiləsini qeydə almışdı, lakin bu seçkilərdə belə hallar müşahidə edilməmişdir. Seçicilərin qeydiyyatı ilə bağlı problemlər olmamışdır. Kifayət sayda seçki bülletenləri vardı və səsvermə gizli keçirildi. Mərkəzi Seçki Komissiyasının quraşdırdığı 500 veb-kamera səsvermə məntəqələrində onlayn müşahidəyə imkan yaradırdı, əlillər üçün xüsusi qələmlər ayrılmışdı. Hər dairədə azı 4 nəfər olmaqla, 10-dan artıq namizəd vardı. Səsvermə prosesi beynəlxalq standartlara müvafiq olaraq, təyinatlı heyət tərəfindən peşəkarcasına və mütəşəkkil aparılmışdır. Bəzi səsvermə məntəqələrində müəyyən sayda cüzi texniki problemlər qeydə alınmışdır. Bir neçə hallarda, xüsusilə ucqar yerlərdə seçki məntəqələri üçün ayrılan yer kifayət qədər geniş deyildi. Eyni zamanda bəzi hallarda müşahidəçilər komissiya masasından uzaqda yerləşdirilmişdi. Digər tərəfdən, səsvermə məntəqələrinin əksəriyyətində xeyli sayda yerli müşahidəçi iştirak edirdi, bəzən hətta səsvermə məntəqəsində böyük sıxlıq müşahidə edilirdi”. Volfqanq Qrossruk bildirdi ki, səsvermə məntəqəsində səslərin sayılması açıq və şəffaf keçirildi: “Müşahidəçilər səslərin sayılmasını tam izlədi və heç bir mühüm problem qeydə almadı. Hər seçki məntəqəsinin nəticəsi təyinatlı qutuda möhürlənərək, dairə səviyyəsində mərkəzi qərargaha göndərildi. Beynəlxalq müşahidəçilər ölkəni sabit və demokratik institutlar yaratmağı davam etdirməyə çağırır. Onlar eyni zamanda ölkəni beynəlxalq demokratik standartları və xüsusilə ATƏT və AŞ-nın qətnamə və öhdəliklərinə riayət etməyi davam etdirməyə həvəsləndirir. Onlar həmçinin ATƏT PA və DTİHB-i əvvəlki qiymətləndirmələrinə və tövsiyələrinə müvafiq olaraq, irəliləyişləri və çatışmazlıqları izləməyə və Mərkəzi Seçki Komissiyası və Azərbaycan hakimiyyəti ilə konstruktiv dialoqu davam etdirməyə çağırır”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info