Claude Moniquet: “Seçki prosesini region üçün nümunə kimi qiymətləndiririk”
Tarix: 02.11.2015 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Parlament seçkiləri ilə bağlı Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ASKTM) də Azərbaycanda müstəqil müşahidə missiyası həyata keçirib. Ötən gün müşahidə missiyası seçkilərin nəticələri ilə bağlı mətbuat konfransı keçirərək bəyanat yaydı.
ASKTM-in baş icraçı direktoru, missiyanın rəhbəri Claude Moniquet bildirdi ki, Bakı, Sumqayıt və Xırdalanda 100 seçki məntəqəsinə və 6 seçki dairəsinə baş çəkərək, müşahidə aparıblar: “Səsvermə prosesi güclü və yaxşı təşkil edilmişdi və bu yaxşı hazırlıq nəticəsində hər seçki məntəqəsində səsvermə prosesi üçün bütün zəruri vasitələr vardı. Proses seçki qaydalarına tam müvafiq keçirilib. Fəallıq yüksək olmuş və qadınlar geniş təmsil olunmuşdu. Sosial mənsubiyyətinə, peşəsinə və ya siyasi baxışlarına görə fərqlənən xeyli sayda milli müşahidəçi (siyasi partiyalardan, yaxud QHT-lərdən) iştirak edirdi. Seçki komissiyalarında xeyli sayda qadın vardı”.
Claude Moniquet dedi ki, ASKTM Seçki Müşahidə Missiyasının qiymətləndirməsinə görə, 1 noyabr seçkiləri yüksək şəffaflıq və başlıca beynəlxalq standartlara riayət olunması şəraitində keçib: “Qeyd etmək lazımdır ki, Azərbaycan hələ böyük problemləri olan, iqtisadi keçid və sabitləşmə dövrünü yaşayan keçmiş kommunist ölkəsidir, ərazisinin üçdə-biri Ermənistan tərəfindən qanunsuz işğal edilmişdir və ölkə bu işğal nəticəsində de-fakto iki hissəyə ayrılmışdır, ölkədə bir milyondan artıq məcburi köçkün var və ölkə mürəkkəb, gərgin regional müstəvidə yerləşir, lakin seçkilər azad, ədalətli və şəffaf seçkilərin bütün müvafiq meyarlarına cavab verib. ASKTM-in ekspertləri seçki prosesini region üçün nümunə kimi qiymətləndirir. Onun fikrincə, buna baxmayaraq, ASKTM komandası hesab edir ki, prosesin bəzi hissələri təkmilləşdirilə və yaxşılaşdırıla bilər. Claude Moniquet ASKTM-in komandası adından bildirdi ki, xüsusilə müvafiq qurumların (eləcə də Mərkəzi Seçki Komissiyası) səmimiliyi və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək istəyindən məmnun qalıb. “ASKTM xüsusən də bu mühüm hadisə münasibət ilə Bakıya gəlmiş yüzlərlə xarici müşahidəçinin işini asanlaşdırmaq üçün göstərilmiş səyləri tanıyır”, -deyə o əlavə etdi.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin icrasına başlanılıb
19.07.2019
Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
19.07.2019
Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb
19.07.2019
Azərbaycanda hərbi cinayətlərin sayı azalıb
19.07.2019
Yerlər dolduğu üçün Bakıda bəzi hotellər satışı dayandırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info