«Christian Science Monitor»: «Malta cəngavərləri» ordeni Avropanın yoxsullarına yardım edir”
Tarix: 11.02.2013 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


«Avropa İttifaqının 27 üzv ölkəsində 26 milyon nəfər işsiz var»

Xaç yürüşləri dönəmində yaradılan «Malta cəngavərləri» ordeni humanitar təşkilata çevrilib. Bu haqda məlumat verən «Christian Science Monitor» nəşri yazır ki, hazırda orden nəzarəti altında olan qospitallar, klinikalar vasitəsilə dünyanın 120-dən çox ölkəsində xeyriyyə məqsədli əməliyyatlar həyata keçirir.
Yazı müəllifi Nik Skuayrs yazır ki, daha çox «qospitallılar» kimi tanınan «Malta cəngavərləri» ordeni Avropada geniş yayılan yoxsulluqla mübarizəyə, Asiya, Afrika, Cənubi və Şimali Amerikada müharibələr və təbii fəlakətlərin vurduğu ziyanın aradan qaldırılmasına əhəmiyyətli miqdarda maddi vəsait yönəltməyə hazırlaşır: «Cəngavər ordeninin sərəncamında dünyanın müxtəlif ölkələrindən 100 min həkim, tibb bacısı, könüllülər var. Orden bildirib ki, bu həfətə əsas diqqət Romaya yönələcək. 900 illiyini qeyd edəcək orden Roma-katolik kilsəsindən xeyir-dua almaq fikrindədir. Orden iqtisadi böhrana görə işsizliyin və evsizliyin artdığı Avropada sığınacaqlar və pulsuz yeməkxanalar yaratmaqla məşğuldur. Hazırda Avropa İttifaqının 27 üzv ölkəsində 26 milyon nəfər işsiz var. Xüsusilə, gənclər arasında işsizlik dəhşətli dərəcədə artıb-İspaniyada 50, İtaliyada 30 faizdən çox gənc işsizdir. 1798-ci ildə Napaleonun istilasından sonra Maltanı tərk edərək Romada yerləşən təşkilat hesab edir ki, Avropadakı iqtisadi böhran, Suriya qaçqınları və Konqo Demokratik Respublikasındakı müharibə 3 əsas diqqət yetirilməli olan problemdir. Orden demək olar ki, Avropa İttifaqının bütün ölkələrində, o cümlədən Böyük Britaniyada, İspaniyada, İtaliyada, Fransada, Almaniyada sığınacaqlar və yeməkxana məntəqələri yaradıb. Ordenin ali nümayəndələrindən biri Albrext fon Bozelaqer bildirir ki, Avropada işsizlik artmaqdadır, hökumətlər isə səhiyyə və sosial təminata maliyyəni kəsməkdə davam edirlər: «Bizim Parisdəki sığınacağımızın doluluq koffisienti 98 faiz təşkil edir. Almaniyada Berlin, Köln, Hamburq və digər şəhərlərdəki minlərlə evsizə yardım edirik. Biz Britaniya və İrlandiyada yeni sığınacaqlar yaratmağı planlaşdırırıq. Şərqi Avropada vəziyyət daha pisdir. Bu ökələrdə pensiya çox aşağıdır. Ona görə də insanların böyük əksəriyyəti yoxsulluq səviyyəsinə düşür». İllik xeyriyyə fondu 800 milyon dollar olan ordenin Avropa ölkələrinə ayırdığı yardımın həcmi ildən-ilə artır. «Malta cəngavərləri» Avropaya yardım edilməsinin zəruri olduğunu açıqlayan ilk belə təşkilat deyil. Ötən ilin oktyabr ayında İspaniya Qırmızı Xaçı ölkədə ehtiyacı olanlara yardım etmək məqsədilə tarixində ilk ianə toplanması kampaniyasına başlayıb. Adı daha çox kasıb ölkələrə yardımda hallanan Qırmızı Xaç bildirir ki, yaxın iki ildə «həddindən artıq çətin vəziyyətdə» olan 300 mindən çox ispana yardım üçün 30 milyon avroya ehtiyac var». Daha sonra yazıda «Malta cəngavərləri»nin tarixi ilə bağlı məlumat verilib. Qeyd edilir ki, 11-ci əsrdə yarıdalan orden daha sonra müharibə funksiyasını da yerinə yetirməklə yanaşı torpaq sahələrini genişləndirməyə, var-dövlətini artırmağa nail olub. Xaç yürüşləri başa çatdıqdan sonra əvvəl Kiprdə, daha sonra Rodosda məskunlaşıb. Daha sonra Maltaya keçən orden adını da buradan götürüb. Bu həftənin şənbə günü ordenin 900 illiyi təntənəli şəkildə qeyd ediləcək. Tədbirdə ordenin 4 min kavalerinin iştirakı nəzərdə tutulub. Maltadan qovulduqdan sonra Romaya köçən təşkilat üçün burada iki böyük tarixi qəsr ayrılıb. BMT yanında müşahidə missiyası statusunu daşıyan «Malta cəngavərləri» 104 dövlətlə diplomatik münasibətləri dəstəkləyir. Orden dövlətin sahib olduğu bir çox statusa malikdir-pasport verir, öz valyutasını çap edir. Amma mülkiyyətində torpaq yoxdur. «Bizim daha şəxsi ərazimiz yoxdur. Amma bizim suverenliyimiz diplomatik missiya səviyyəsində tanınır. Bizim neytrallıq və ədalətə əsaslanan siyasətimiz imkan verir ki, digər humanitar təşkilatlar üçün bağlı olan ölkələrə çıxış əldə edə bilək» - deyə ordenin xarici işlər naziri, Böyük Kansler Jan-Pyer Mazeri bildirib.

Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info