«Birinci informasiya»: «Ermənistanın qarşısında dayanan əsas problem işsizlikdir»
Tarix: 11.02.2013 | Saat: 22:21:00 | E-mail | Çapa göndər


Sosioloji sorğuya qatılanlar hökuməti və birbaşa prezidenti ittiham edib

Ay Pi Es Si» siyasi və sosioloji araşdırmalar mərkəzi Ermənistan hakimiyyətinin fəaliyyətinə qiymət verilməsi məqsədilə sorğu keçirib.
«Birinci informasiya»nın yaydığı məlumata görə, sorğuda iştirak edənlərin 47,2 faizi ölkə qarşısında dayanan əsas problem kimi işsizlik və iş yerlərinin olmamasını göstərib. Sorğu iştirakçılarının 14,4 faizi maliyyə problemi və yoxsulluğu ikinci sıraya qoyub. Sorğu iştirakçılarının 12 faizi hesab edir ki, əsas problem aşağı əməkhaqqıdır. 11,8 faiz üçün mənzil problemi, 7,8 faiz üçün sağlamlıq problemi, 4,5 faiz üçün aşağı pensiyalar və sosial yardımlar, 3,7 faiz üçün isə miqrasiya əsas problemdir. Sorğu iştirakçıları hesab edirlər ki, bütün bu problemlərə görə məsuliyyəti hökumət və prezident daşıyır. Belə ki, respondentlərin 43,1 faizi hesab edir ki, işsizliyin əsas günahkarı hökumətdir. 25 faizin fikrincə isə günahkar birbaşa prezidentdir. Mənzil probleminə görə 41,5 faiz hökuməti, 19,9 faiz prezidenti günahlandırır. Aşağı əməkhaqqına görə hökuməti günahlandıranlar 50,3 faiz, prezidenti günahlandıranlar isə 23,2 faiz təşkil edir. 1600 respondent arasında keçirilən sorğuda iştirak edənlərin 562 nəfəri İrəvanı, 1038 nəfəri isə bölgələri təmsil edib.
ANAR




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Misir-Azərbaycan Dostluq parkında ulu öndər yad edilib
12.12.2018
“Heydər Əliyev və Özbəkistan”
12.12.2018
“Ermənistandakı seçkilər Moskvanın maraqlarına böyük zərbə vurdu”
12.12.2018
İnsan haqları müdafiəçisi: “Ermənistan polisi mediaya təzyiq edir“
12.12.2018
Polşanın “sarı jiletlər“i yolu bağladı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info