XİN: “ATƏT DTHİB-in seçkilərin nəticələri ilə bağlı fikir söyləməyə heç bir əsası yoxdur”
Tarix: 03.11.2015 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələri barəsində Xarici İşlər Nazirliyi mətbuata açıqlama yayıb.
Açıqlamada deyilir: "1 noyabr 2015-ci il tarixində keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə 5-ci çağırış seçkilərin yerli və əcnəbi müşahidə missiyaları, o cümlədən Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə heyəti tərəfindən azad, demokratik və şəffaf şəkildə keçirildiyi, seçicilərin iradəsini əks etdirdiyi, seçkilərə hazırlıq və səsvermə prosesinin peşəkarlıq və texniki cəhətdən yüksək səviyyədə təşkil olunduğu təsbit olunub. Seçkilərin keçirilməsi prosesində Seçki Məcəlləsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası və müşahidəçilər tərəfindən hər hansı xüsusi qanun pozuntusu halı qeydə alınmayıb. Bəzi dairələr tərəfindən seçkilərin “boykot” edilməsi və ya seçici fəallığının az olması və guya Azərbaycan tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna (DTİHB) seçkiləri müşahidə etmək üçün imkanın verilməməsi barəsində əsassız iddiaların irəli sürülməsi və seçkilərin nəticələrinə kölgə salmaq, Azərbaycan seçiciləri və namizədlərin adından danışmaq cəhdləri, rəsmi mənbələrə istinad etmədən bəzi beynəlxalq kütləvi informasiya vasitələrində isə qərəzli məlumatlara yer verilməsi tamamilə qəbuledilməzdir.
Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə 5547 məntəqənin hamısında səsvermə vaxtında – səhər saat 8-də başlayıb və axşam saat 19.00-da başa çatıb. Ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni, 5 milyon 198 min 658 seçicidən 2 milyon 897 min 188-i səsvermədə iştirak edib. Bu, ötən parlament seçkiləri ilə müqayisədə təxminən 6 faiz çoxdur.
Seçki prosesində namizədlərin tam sərbəst şəkildə təşviqat kampaniyaları aparmaları üçün bütün lazımı şərait yaradılıb.
Səsvermə günü seçki məntəqələrində prosesin əvvəldən axıradək izlənilməsi üçün ölkə ərazisi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkilərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “Rəy” Monitorinq Mərkəzi, “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa), Azərbaycan Gənclərinin Hüquq Müdafiəsi Mərkəzi və “AJF&Associates.İnc” (ABŞ) birlikdə Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası qismində “exit- poll” keçiriblər.
Seçkilər 500-dən artıq xarici, 63.000-dən artıq yerli müşahidəçi tərəfindən izlənilib. Xarici müşahidəçilər Avropa Şurası Parlament Assambleyası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Müstəqil Dövlətlər Birliyi, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat- GUAM, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, TürkPA- Türkdilli ölkələrin Parlament Assambleyası da daxil olmaqla, 40-dan çox beynəlxalq təşkilatı və 27 ölkəni təmsil ediblər.
Yerli kütləvi informasiya vasitələri hər hansı qeydiyyat və ya akkreditasiya tələb olunmadan seçkiləri işıqlandırıblar. Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası tərəfindən əlaqələndirilmiş şəkildə 27 xarici kütləvi informasiya vasitəsinin 42 nəfər üzvü seçkiləri işıqlandırmaq üçün akkreditasiya edilib.
ATƏT DTİHB də seçkiləri müşahidə etmək üçün Xarici İşlər Nazirliyi tərəfindən 2015-ci ilin iyulunda dəvət göndərilib. 12-14 avqust 2015-ci il tarixində ATƏT DTİHB-nin Ehtiyacların Qiymətləndirilməsi Missiyası (EQM) Azərbaycana səfər edib və səfərin yekunlarına dair Qiymətləndirmə hesabatı hazırlayıb. Hesabatda, EQM əsas ekspert heyətinə əlavə olaraq, seçkilərə iştirakçı dövlətlərdən 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçinin ezam olunmasını tövsiyə edib. Bununla əlaqədar, Azərbaycan tərəfindən ATƏT DTHİB-ə ünvanlanmış məktubda ölkə əhalisinin sayı və müvafiq olaraq 125 seçki dairəsinə uyğun olaraq, 6 uzunmüddətli və 125 qısamüddətli müşahidəçinin təyin edilməsinin məqbul olduğu bildirilib və ATƏT DTHİB-nin EQM-in hesabatının yenidən nəzərdən keçirilməsi tövsiyə edilib. ATƏT DTHİB nəticədə ölkə əhalisi və 125 seçki dairəsi və müşahidəçilərin sayı arasında nisbətin hansı meyarlar və metodologiya ilə müəyyən edilməsinə aydınlıq gətirmədən öz mübahisəli tövsiyələri üzrə məsləhətləşmələr təklifini rədd edib, guya Azərbaycan tərəfindən ATƏT DTHİB-nin müşahidəçilərinin sayına məhdudiyyət qoyulduğunu bəhanə gətirərək, Azərbaycanda keçiriləcək parlament seçkilərinə seçki müşahidə missiyası göndərməmək barədə bəzi dairələrin təsiri altında mandatına zidd şəkildə birtərəfli qərar qəbul edib. ATƏT DTHİB-nin birtərəfli qaydada belə bir qərar qəbul etmək səlahiyyəti yoxdur. Bu təsisat mandatına uyğun olaraq, seçkilərin təşkil edilməsində üzv dövlətlərə texniki dəstək göstərməlidir.
Azərbaycanın tərəfinin ATƏT-in Fəaliyyətdə olan sədri qismində Serbiyanın iştirakı ilə ATƏT-in Daimi Şurasında konstruktiv məsləhətləşmələr yolu ilə məsələni müzakirə edərək həllinin tapılması, habelə seçki müşahidə missiyası olmasa belə, ATƏT DTHİB tərəfindən seçkilərə texniki ekspert qrupunun göndərilməsi barəsində təklifinə də DTHİB tərəfindən qeyri-konstruktiv münasibət bildirilib.
Mandatın ciddi şəkildə pozulması ilə müşayiət olunan bu cür qərəzli və qeyri-peşəkar davranışdan sonra ATƏT DTHİB və bəzi digər dairələrin Azərbaycanda keçirilmiş seçkilərin nəticələri barəsində hər hansı fikir söyləməyə heç bir əsası yoxdur.
Azərbaycan xalqı azad və sərbəst şəkildə öz seçki hüququnu və iradəsini ifadə edərək, bu seçkilərdə iştirak edib. Yalnız Azərbaycan seçicilərinin iradəsi, seçici fəallığı və verdikləri səslər seçkilərin nəticələrini və legitimliyini müəyyən edir".
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!
21.02.2019
Ərəstun Mehdiyev: Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır
20.02.2019
BŞİH Milli Şuranın 23 fevral mitinqinə icazə verməyib
20.02.2019
Zərif çiyinlərdə “ağır YÜK” -1-ci vitse-prezident Mehriban xanım Əliyevanın vəzifəsinin iki illiyinin tamamına

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info