Daha yaxşı necə öyrənə bilərik?
Tarix: 11.02.2013 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


ABŞ alimləri adət etdiyimiz öyrənmə metodlarını effektsiz saydılar
Bizim tez dəyişilən və informasiya bolluğuna düşən dünyamızda məktəblidən tələbəyə və işləyən yetkin adama qədər hamısı düzgün öyrənməyi bilməlidir. Bu barədə ABŞ-ın "Time " qəzeti yazır: “Təəssüf ki, təcrübə göstərir ki, bizim çoxumuz elmin ən effektiv saydığı təlim metodlarından istifadə etmirik. Daha pisi odur ki, bizim tez-tez istifadə etdiyimiz öyrənmə metodları - məsələn, markerlə ayrılmış, yaxud ekrandakı fraqmenti oxumaq ən effektsiz metodlar sayılır.
Müəlliflərin bu metodları analiz etdiyi elmi ədəbiyyat bir neçə onillik müddəti əhatə edir. Biblioqrafik siyahı isə minlərlə məqaləni hesaba alır. Orta statistik valideyn, müəllim və işəgötürən bu həcmdə olan materialları öyrətmək gücündə deyil. Özünün təfərrüatlı və əhatəli məruzəsində Psixoloji Elm Assosiasiyasının nümayəndələri, Kent Universitetinin professoru Con Danloskinin rəhbərliyi altında çalışan müəlliflər 10 öyrənmə metodunu tədqiq ediblər və onların effektivliyinə görə reytinq tərtib ediblər. Gəlin, bu barədə qısa icmalla tanış olaq.

Ən az effektiv olanlar
Ən effektsiz olan metodlar sırasına müəlliflər mətnin fraqmentinin ayrılması və xətlə qeydə alınmanı aid ediblər. Baxmayaraq ki, bu metodlar çox geniş yayılıb, tədqiqatlar üzə çıxarıb ki, mətnlə belə iş aparmaq adi mətni oxumaqdan heç də yaxşı deyil. Bir sıra araşdırmalara görə, mətndən fraqmentin ayrılması hətta öyrənməyə mane ola bilər. Çünki bu, ayrıca faktlara diqqət ayırmağa mane olur, buna görə də məntiqi rabitənin qurulması prosesinə və əqli nəticənin hasil olmasına çətinlik törədir. Mətnin təkrar oxunması praktikası isə demək olar ki, bir o qədər də effektsiz sayılır.
Nəhayət, konspektləşdirmə barəsində. Bu metod vərdişi və bacarığı olanlar üçün pis deyil, amma burada da daha effektiv metodlardan istifadə etmək unudulur. Beləliklə, aparılan araşdırmaya görə, mətnin fraqmentinin ayrılması, xətlə qeyd etmə, təkrar oxuma və konspektləşdirmə “azeffektlilər” sırasında qeyd edilir.

Ən effektlilər

Qeyd edilir ki, yuxarıda qeyd edilən geniş yayılmış öyrənmə metodlarından fərqli olaraq təcrübədə ən effektli olması sübut edilmiş metodlar yalnız mütəxəssis-psixoloqlara məlumdur. Məsələn, paylayıcı təlim metodu. Bununla yanaşı, bütün gücünü sərf edərək materialı dayanmadan öyrənmək metodu vaxta görə bütün öyrənmə prosesini bölüşdürmək imkanı verir. Tamamilə mümkündür ki, böyük həcmdə informasiyanın mənimsənilməsini gücləndirmək imtahanı verməyə və ya iclasda çıxış etməyə imkan verir. Amma bu cür informasiya mənimsəmə yaddaşda uzun müddət qalmır. İnformasiyanı beynə yükləməyin daha effektli yolu fasilələrlə öyrənməkdir. Bu baxımdan mənimsənilmiş biliyi iki həftəlik və ya iki illik yaddaşda saxlamaq onları öyrənən zaman etdiyiniz fasilələrin uzunluğundan asılıdır. Fasilələr nə qədər uzun olarsa, bir o qədər də bilik yaddaşda çox qorunar.
İkinci effektiv öyrənmə metodu isə praktik çalışma adlanır. Praktiki çalışma lazımdır, amma bu, qiymət almaq xatirinə olmamalıdır. Araşdırmalar göstərir ki, alınmış biliyin praktik xatırlanması onların möhkəmləndirilməsinə şərait yaradır və kömək edir ki, bu biliklər gələcəkdə yaddaşda bərpa edilsin. Praktik çalışmaların geniş tətbiq edilməməsinə baxmayaraq, onların keyfiyyətliliyini sübut edən çoxlu sayda dəlillər var. Bununla bağlı bir tanınmış üsul da var - mətnin öyrənilməsinin şəkilli kartoçkası. Hazırda isə bu kartoçkanı Quizlet, StudyBlue və FlashCardMachine kimi əlavələrlə rəqəmsal formatda da yaratmaq olar. Beləliklə, araşdırmaçılar tərəfindən təlimin paylaşılmış formada öyrənilməsi və praktik çalışmalar yüksək keyfiyyətli metodlar hesab olunur.

Digərləri

Danloskinin öz həmkarları ilə təhlil etdiyi qalan metodlar isə reytinq cədvəlində orta yerdə qərar tutub. Belə ki, onları nə tam faydasız, nə də xüsusilə effektli saymaq olmaz. Bu qrupa isə aşağıdakı metodlar daxildir: psixi obrazlar və ya mətnin tərkibini xatırlamağa kömək edən kartoçkaların istifadəsi metodu( Bu metod çox zaman tələb edir və o zaman effektiv olur ki, mətni şəkillərlə illüstrasiya etmək mümkün olur), tuşlanmış suallar metodu(İnsan öyrənmə prosesində özünə “niyə” sualını verir), xüsusi şərhlər metodu - insan sadəcə mətni oxumur, həm də özü üçün onun tərkibini tam aydınlaşdırmağa çalışır, növbələnən problemlər metodu - mətndə qoyulan məsələlərin tez-tez növbələnməsi, nəhayət, mnemotexnika(Hafizəni möhkəmlətmə üsulları) - fonetik assosiasiya əsasında əcnəbi, yeni sözlərin öyrənilməsi metodu.
Danloski və onun həmkarları belə hesab edirlər ki, əslində bütün metodlar “orta” və “defisit” effektivlikləri ilə fərqlənirlər. Bu da ondan irəli gəlir ki, ya alimlər bu metodların effektivlikləri barəsində kifayət qədər sübutlara malik deyillər və onları öyrənmə üçün məsləhət görə bilmirlər, ya da onlar kifayət qədər zəhmət və əziyyət tələb edir. Alimlər bu baxımdan onu məsləhət görürlər ki, əsasən, tapşırıqları fasilələrlə öyrənmək, markeri yığışdırmaq və tez-tez şəkilli kartoçkalardan yararlanmaq lazımdır.
İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
22.11.2018
ƏƏSMN: Son iki gündə 250-dən çox ailəyə mal və materiallar verilib
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info