“Azərbaycanın unikal təcrübəsi onun vətəndaşlarının öz ölkəsi ilə fəxr etməsinə əsas verir”
Tarix: 03.11.2015 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Artıq neçə ildir ki, Azərbaycan “holland xəstəliyi”ndə tutulmamaq, yəni əvvəlki kimi bu gün də ölkə iqtisadiyyatının əsasını təşkil edən neftdən asılı olmamaq strategiyası yürüdür. Neft satışından əldə edilən vəsait hələ Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) ilk növbədə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən toplanır. Bu gün həmin fondda təqribən 30 milyard dollar vəsait vardır. Əhalisinin sayı 9 milyon olan ölkə üçün bu məbləğ onun qızıl və valyuta ehtiyatlarının həcmindən 4 dəfə çoxdur. Qeyd etmək lazımdır ki, ARDNF öz təyinatına görə sadəcə “maliyyə yastığı” deyil, inkişaf fondu, infrastruktur layihələrinin – yol tikintisi, onilliklər boyu neft mədənləri kimi istifadə edilmiş torpaqların rekultivasiyası, genişmiqyaslı mənzil tikintisi, quraqlıq torpaqların irriqasiyası və bir sıra başqa layihələrin maliyyələşdirilməsinə xidmət edən fonddur.
Bu sətirlər “Rossiyskaya qazeta”nın müxbiri Pavel Dulmanın həmin qəzetdə nəşr edilmiş “Neftə rəğmən” sərlövhəli məqaləsindən götürülüb.
Müəllif yazır ki, Azərbaycanda sahələri hektarlarla ölçülən istixanalar, süni irriqasiya hövzələri yaradılır. Bu fəaliyyətin nəticələrini həm ölkə vətəndaşları, həm də əcnəbilər açıq-aşkar görürlər. Bunları görən seçicilər iqtisadi böhranı və milli valyutanın məzənnəsinin bir qədər aşağı düşməsini müvəqqəti çətinliklər kimi qəbul edirlər. Yeri gəlmişkən, Azərbaycan təkcə neft hesabına dolanmır. Hökumətin daha bir strateji vəzifəsi kənd təsərrüfatını inkişaf etdirməkdir. Bu gün Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçıları vergilərdən faktiki olaraq azad edilib – vergilər rəmzi xarakter daşıyır. Ən əlverişli şərait rejimi insanların kənd yerlərində qalmasına, orada pul qazanmağa, həm ölkəni ərzaq məhsulları ilə təmin etməyə, həm də bu məhsulları xarici bazara çıxarmağa imkan verir.
Müəllif vurğulayır ki, Azərbaycan bütün Rusiyanı geniş çeşidli meyvə-tərəvəz məhsulları ilə, o cümlədən zeytun kimi ekzotik meyvə ilə təmin edə bilər.
P.Dulman yazır: “Neftlə müqayisədə kiçik, lakin sabit və ən başlıcası, milli qürur hissi doğuran daha bir gəlir mənbəyi ... kosmosdur. Bir neçə il bundan əvvəl kosmik dövlətlər klubuna daxil olmuş Azərbaycan artıq iki rabitə peyki buraxıb. Hər biri ildə 25 milyon dollar gəlir gətirən bu peyklər tezliklə onlara çəkilmiş xərci ödəyəcəklər”.
Qəzetdə oxuculara Azərbaycanın “Asan xidmət” brendi haqda da məlumat verilir. Müəllif sonda yazır: “Dövlət idarələri ilə vətəndaşların ünsiyyəti maksimum dərəcədə asanlaşdırlıb, vaxt itkisi minimuma endirilib: “Asan Xidmət” mərkəzlərinə gələn vətəndaşlar burada əsl psixoloji rahatlıq tapır, onları üzügülər xidmət heyəti gözləyir. Bütün bunlar Azərbaycan təcrübəsini unikal edən, vətəndaşların öz ölkələri ilə qürur duymasına əsas verən, Yeni Azərbaycan Partiyasının hər dəfə seçkilərdə qalib gəlməsinə imkan yaradan amillərin yalnız bir hissəsidir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info