“Bakcell” ölkədə ən geniş əhatə dairəsi olan etibarlı şəbəkəyə malikdir
Tarix: 03.11.2015 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti daha geniş əhatə dairəsi və daha yüksək ötürmə qabiliyyətinə malik ən etibarlı şəbəkə qurmaq üçün şəbəkənin yenilənməsi və unifikasiyası layihəsi çərçivəsində həyata keçirdiyi genişmiqyaslı işlərin başa çatdırıldığını elan edir. Bu layihə Azərbaycanda və ümumiyyətlə, dünya üzrə simsiz rabitə sənayesində indiyə qədər həyata keçirilmiş ən kompleks və mürəkkəb layihələrdən biri hesab edilir. Layihənin həyata keçirilməsində “Bakcell” şirkətinin əsas məqsədi abunəçiləri keyfiyyət, sürət və sabitlik baxımından ən üstün təcrübə ilə təmin etməkdir. “Bakcell” şirkətinin şəbəkəsi yeni və innovativ xidmətləri daha az istismar xərcləri ilə dəstəkləyəcək. Şirkətin yenilənmiş şəbəkəsi abunəçilərə daha yüksək sürətli (Azərbaycanda mövcud olan mobil şəbəkələr arasında ən yüksək) internet xidməti vasitəsilə HD səs və video kimi innovativ xidmətlər təqdim edəcək. Son 24 ay ərzində şirkət öz mobil rabitə şəbəkəsini müasirləşdirərək xüsusilə rayonlarda 3G baza stansiyalarının sayını 100% artırıb. Bu isə öz növbəsində şəbəkənin ötürücülük qabiliyyətini 72% gücləndirib, 3G şəbəkəsinin əhatə dairəsi əhali üzrə 14%, ərazi üzrə isə 27% genişləndirilib.
Bu gün Azərbaycanda ən iri şəbəkəyə malik olan “Bakcell” şirkəti 5300-dən çox 2G, 3G və 4G baza stansiyaları sayəsində bütün ölkə ərazisində, o cümlədən ən ucqar ərazilərdə “Bakcell” abunəçilərini yüksək keyfiyyətli mobil rabitə xidməti ilə təmin edir. “Bakcell” şirkəti üçün bölgələrdə əhatə dairəsinin genişləndirilməsi olduqca vacibdir, buna görə də şirkət tərəfindən xüsusi olaraq kənd yerlərində şəbəkənin əhatə dairəsini genişləndirmək, penetrasiya göstəricilərini və müvafiq müştəri təcrübəsini yüksəltmək üçün nəzərdə tutulmuş 275 3G baza stansiyası quraşdırılıb. Müasirləşdirmə layihəsi çərçivəsində “Bakcell” şirkəti 697 2G və 123 3G baza stansiyasının avadanlığını son texnologiyaları dəstəkləyən ən müasir avadanlıqla əvəz edib. Yüksək keyfiyyətli son nəsil data xidmətlərində istifadə olunan yüksək məlumatötürmə qabiliyyətini dəstəkləmək və abunəçilərə 3G DC-HSPA şəbəkəsində 42 Mbps qədər sürət, LTE-A şəbəkəsində isə 225 Mbps qədər sürət təmin etmək məqsədilə radiotezlik spektri ən optimal şəkildə yenidən təşkil və refarminq edilib. “Heç bir şəbəkə abunəçilərini bu dərəcədə yüksək sürət və müfəssəl əhatə dairəsi ilə təmin edə bilmir. Biz xüsusilə 3G və 4G+ üzərindən yüksək sürətli mobil internet dünyası xidmətlərinin əlçatan olması üçün şəbəkəmizi yenilədik. “Bakcell” yüksək sürətli internet xidməti vasitəsilə bu xidmətlərin abunəçilərə təqdim olunması üçün daha geniş spektrə malikdir. Daha sadə şəkildə desək, bizim şəbəkəmiz daha sürətli və daha yaxşıdır”,- deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
“Layihə telekommunikasiya sahəsində aparıcı xidmət təchizatçıları olan “Nokia Solutions and Networks” və “Huawei Technologies” şirkətlərinin texnologiya və qlobal təcrübəsindən istifadə etməklə həyata keçirilib. Biz inanırıq ki, şəbəkə resurslarının unifikasiyası layihəsinin təmin etdiyi daha yaxşı əhatə dairəsi, yüksək ötürmə qabiliyyəti, sabitlik və texnologiyalar “Bakcell” abunəçilərinə göstərilən xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəltməklə bərabər, həm də Bakcell mobil rabitə şəbəkəsində təklif olunan yeni mütərəqqi xidmətlərin göstərilməsi üçün möhkəm və uyğunlaşa bilən bir baza yaradacaq”,-deyə “Bakcell” şirkətinin baş texniki direktoru Yiğit Berktaş bildirib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info