“Veçernyaya Moskva” qəzeti: “Rudolf İvanovun tədqiqatları Azərbaycanda yüksək qiymətləndirilir”
Tarix: 11.02.2013 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


Rusiyanın nüfuzlu “Veçernyaya Moskva” qəzetində tanınmış tarixçi və publisist Rudolf İvanovun “Azərbaycanın keçmişi, Rusiyanın gəlişi və İran motivləri. XIX əsr Azərbaycan tarixi oçerkləri” kitabının təqdimatı ilə bağlı məqalə dərc edilib. Konstantin İsaakovun qələmə aldığı məqalədə deyilir ki, tarix çox sirli elmdir.
Hadisələrin şərhi əksər hallarda salnaməçinin qərəzli münasibətindən, sələfləri qarşısında öhdəliklərindən asılı olur. Yalnız salnaməçinin tarixi sənədlərə əsaslanaraq təsvir etdiyi hadisələr keçmişin ibrət dərsinə çevrilə bilir. Rudolf İvanovun əsərləri tarixin məhz bu cür şərhinə əsaslanır. Əvvəllər SSRİ hərbi dəniz qüvvələrinin zabiti və rabitə sahəsində mütəxəssis olmuş R.İvanov ömrünün qalan hissəsini tarixi ədalətin bərpa olunmasına sərf etməyi qərara alıb. Tədqiqatının başlıca obyekti isə Azərbaycandır. Bəs nə üçün məhz Azərbaycan?
Müəllif daha sonra yazır: “Tale Rudolf İvanovu o illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunmuş Heydər Əliyev ilə rastlaşdırdı. Ölkədə yeni nəsil rabitə texnologiyalarının tətbiqinin vacibliyini iddia edən Rudolf İvanovun novatorluq ideyalarını məhz Heydər Əliyev fəal dəstəkləmişdi ”.
Məqalədə tarixçinin fikirləri belə təqdim olunur: “Naxçıvan xanlarının tarixi reabilitasiyasının vacibliyini anladım. Hesab edirdim ki, onların xarakteri və tarixdə rolu növbəti nəsillər tərəfindən yetərincə qiymətləndirilməyib”. O vaxtdan Rudolf İvanov Azərbaycan, onun Rusiya ilə dərin mənəvi, mədəni və siyasi əlaqələri haqqında bir neçə tarixi roman yazıb. Bədii uydurmalardan uzaq, minlərlə arxiv materialları əsasında tarixi reallıqların təsvir olunduğu bu əsərlərin hamısı roman kimi birnəfəsə oxunur.
Sonda müəllif yazır: “Arxivşünas, tarixçi, yazıçı Rudolf İvanovun tədqiqatları Azərbaycanda yüksək qiymətləndirilir. Heydər Əliyev Fondu tərəfindən dəstəklənən bu əsərlər təkcə mütəxəssislər üçün deyil, geniş oxucu kütləsi üçün də maraqlıdır”.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info