“Heydər Əliyev və Azərbaycan tarixi“ adlı II ümumrespublika bilik yarışı
Tarix: 03.11.2015 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan tarixi" adlı II ümumrespublika bilik yarışı keçiriləcək.
Noyabrın 10-da Heydər Əliyev Mərkəzində tələbələr arasında "Heydər Əliyev və Azərbaycan tarixi" adlı II ümumrespublika bilik yarışı keçiriləcək.
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və gənc nəsil arasında təbliği məqsədi daşıyır.
Yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələrdən ibarət komandalar iştirak edəcək. Hər ali məktəbdən bir komanda olmaqla yarışda ümumilikdə 46 komanda mübarizə aparacaq. Hər komandada 6 əsas və 2 ehtiyat iştirakçı olacaq.
Yarış 3 turdan ibarət olacaq və onların hər birində 12 sual səsləndiriləcək. Suallar ulu öndər Heydər Əliyevin uşaqlıq və gənclik, Dövlət Təhlükəsizlik orqanlarında və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışdığı illər, siyasi fəaliyyətinin Moskva və Naxçıvan dövrü, eləcə də ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərlə bağlı mövzuları əhatə edəcək. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən ediləcək. Birinci, ikinci və üçüncü yerləri tutan komandalar mükafatlandırılacaq.
Qeyd edək ki, yarış ərəfəsində hazırlıq məqsədi ilə bütün komandaların Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunur. Tələbələr bu ziyarətlər zamanı Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə tanış olur, ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edir, foto və video ilə yanaşı, digər zəngin arxiv materialları əsasında araşdırma aparırlar.
Xatıqladaq ki, Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda birinci ümumrespublika bilik yarışı 2014-cü il noyabrın 12-də keçirilib. Birinci bilik yarışında Bakı Slavyan Universiteti, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası və Lənkəran Dövlət Universitetindən olan komandalar müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərin qalibi seçilmişdi.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info