Azərbaycan Robert Valterin məruzəsinə 3 düzəliş təklif edib
Tarix: 03.11.2015 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


“Robert Valterin Dağlıq Qarabağla bağlı məruzəsinə 3 düzəliş təklif etmişik”.
Bunu Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvüElxan Süleymanov AŞPA-nın Siyasi Məsələlər üzrə Komitəsinin məruzəçisi Robert Valterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı hesabata münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycan tərəfi AŞPA-da belə bir məruzənin hazırlanması barədə qərarın qəbul edilməsinə uzun mübarizədən sonra 2014-cü ildə nail ola bilib: “Mən həmin zaman ardıcıl olaraq Ermənistana sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihələri təqdim etdim. AŞPA rəhbərliyi və qurum daxilində fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrin güclü təzyiqlərinə baxmayaraq, biz Siyasi Məsələlər Komitəsində “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” məruzə hazırlanması barədə qərarın qəbul edilməsinə nail olduq. Həmin zaman belə bir məruzənin hazırlanması üçün Avropanın tanınmış siyasətçisi, britaniyalı deputat Robert Valter təyin edildi. Sonradan mən 2015-ci ilin yanvar sessiyası zamanı Kəlbəcər rayonunda Ermənistan qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azadlığa buraxılmasını tələb edən qətnamə layihəsi irəli sürdüm və AŞPABürosu bu məsələni “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” məruzəyə daxil etmək üçün məruzəçiyə göndərdi”.
E. Süleymanov xatırladıb ki, R.Valter məruzəçi olduğu müddət ərzində 2 dəfə Azərbaycana səfər edib, yüksək səviyyəli görüşlər keçirib, cəbhə bölgəsinə gedib və cəbhəyanı ərazilərdə vəziyyətlə tanış olub: “Cənab Valter bir neçə dəfə Ermənistan tərəfinə müraciət edərək işğal altında olan ərazilərə səfər etmək və vəziyyəti yerindəcə qiymətləndirmək istədiyini bildirib. Lakin Ermənistan hakimiyyəti səfərə şərait yaratmayıb və onunla əməkdaşlıqdan imtina edib. Cənab Valter cari ilin sentyabr ayının sonu, oktyabrın əvvəllərində Siyasi Məsələlər Komitəsini Ermənistanın əməkdaşlıqdan imtina etməsi ilə bağlı məlumatlandırıb və buna baxmayaraq, ilin sonunadək məruzəni başa çatdıracağını bildirib. Bu günlərdə cənab Valter hazırladığı məruzənı katibliyə təqdim edib və həmin sənəd artıq AŞPA-nın rəsmi saytında yerləşdirilib”.
E. Süleymanovun sözlərinə görə, məruzənin adında qeyd edildiyi kimi, “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri” ifadəsinin məruzədə təsdiqlənməsi xüsusi önəm kəsb edir: “Bu ifadə Ermənistan tərəfindən Azərbaycanın tək Dağlıq Qarabağ regionunun deyil, digər ərazilərin də işğal edildiyini özündə ehtiva edir. Bundan əlavə, məruzədə Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işinə dair 2015-ci il iyun tarixli qərarı və həmin qərarda Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilərə nəzarət etməsinin sübuta yetirildiyi qeyd edilir. Məruzədə eyni zamanda Dilqəm Əsgərov və Şahbaz Quliyevin Dağlıq Qarabağın tanınmamış “məhkəmələri” tərəfindən qanunsuz məhkum edildiyi bildirilir”.
E. Süleymanov məruzədə Azərbaycanı qane etməyən bəzi məqamların olduğunu da söyləyib. O deyib ki, bir sıra məqamlarda məruzəçi “Azərbaycan ərazilərinin işğalı” ifadəsindən qaçaraq “Dağlıq Qarabağproblemi” və ya “Dağlıq Qarabağ regionuna dair münaqişə” ifadələrindən istifadə edir: “Bundan əlavə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Dağlıq Qarabağın tanınmamış “məhkəmələri” tərəfindən qanunsuz məhkum edildiyi bildirilsə də, onların dərhal, qeyd-şərtsiz azadlığa buraxılması tələb olunmur. Digər tərəfdən, Ermənistanın məruzəçi ilə əməkdaşlıq etməməsinə və Avropa Şurası qarşısındakı öhdəliklərini pozmasına çox yumşaq münasibət nümayiş etdirilir. Biz artıq qeyd edilən məqamlarla bağlı 3 düzəliş təklifi etmişik. Bu düzəlişlərin qəbul edilməsi şübhəsiz ki, ciddi maneələrlə qarşılaşacaq”.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info