Pedaqoji təcrübənin yekun konfransı olub
Tarix: 03.11.2015 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


“Naxçıvan” Universitetində Pedaqoji və Xarici dillər fakültələrinin əyani şöbə üzrə IV kurs tələbələrinin 2015-2016-cı tədris ilinin birinci yarısında keçdikləri pedaqoji təcrübəyə həsr edilmiş yekun konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə ali təhsil ocağının tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq bildirmişdir ki, ali təhsil müddətində qazanılan nəzəri bilikləri təcrübədə möhkəmləndirmək, peşə vərdişlərinə yiyələnmək baxımından pedaqoji təcrübənin əhəmiyyəti böyükdür. 2015-2016-ci tədris ilinin birinci yarısında “Naxçıvan” Universitetinin 102 tələbəsi muxtar respublikanın 3 tam or ta məktəbində Heydər Əliyev adına, 8 nömrəli və 15 nömrəli tam orta məktəblərində pedaqoji təcrübə keçmişlər. Pedaqoji təcrübə müddətində tələbələrin muxtar respublikanın tam orta məktəblərində pedaqoji prosesi əyani şəkildə öyrənmələri, bilik və peşə vərdişlərinə yiyələnmələri üçün hər cür şərait yaradılmışdı.
Və bu şəraitdən də tələbələrimiz layiqincə bəhrələnmişlər.
İbrahim Kazımbəyli həmçinin pedaqoji təcrübə zamanı dərslərin informasiya-kommunikasiya texnologiyaları vasitəsilə keçilməsinin, tələbələrin hazırladığı tərbiyəvi tədbirlərin təşkilinin əhəmiyyətindən də bəhs etmişdir.
Təcrübə müddətində tələbələrin göstərdiyi fəallığı vurğulayan pedaqoji təcrübənin qrup rəhbərləri Arifə Zeynalova, Vaqif Hüseynov, Elnarə Seyidova, Rəcəb Cəfərli, riyaziyyat -informatika kafedrasının müdiri Məftun Əliyev və metodist Elbrus Vəliyev çıxışlarında bildirmişlər ki, tələbələr təcrübə müddətində yeni metodlardan istifadə etmiş, dərslərinin əksəriyyətini İKT ilə keçmiş və VII-VIII siniflərdə keçirilən dərslərdə kurikulum üsulunu müvəffəqiyyətlə tətbiq etmişlər.
Təcrübəçi tələbələrdən bir neçəsi çıxış edərək təcrübə zamanı onlar üçün yaradılmış şəraitdən, göstərilən qayğıdan danışmışlar.Sonda təcrübədə fərqlənən tələbələrə fəxri fərmanlar təqdim olunmuşdur.
Nuray ƏSGƏROVA




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info