Kəngərli rayonunun Böyükdüz massivində yeni sənaye şəhərciyi yaradılır
Tarix: 03.11.2015 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı Kəngərli rayonunun Böyükdüz massivində yeni sənaye şəhərciyi yaradır. Alçıpan örtüklər, gips, əhəng və məsaməli beton istehsal edəcək yeni zavodların yerləşdiyi əraziyə elektrik, qaz, su və kanalizasiya xətləri çəkilib.
AZƏRTAC xəbər verir ki, “Gəmiqaya İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin təcrübəli mütəxəssislərinin və müasir maşın-mexanizmlərin cəlb olunduğu obyektdə inşaat işləri vaxtında və keyfiyyətlə aparılıb. Hazırda beton, dəmir konstruksiya işləri başa çatmaq üzrədir.
Yeni layihələrin reallaşması üçün Sahibkarlığa Kömək Fondundan dövlət maliyyə dəstəyi göstərilib. Layihəyə uyğun olaraq, alçıpan örtüklər, gips, əhəng və məsaməli beton istehsal olunacaq zavodlara Çin Xalq Respublikasının bu sahədə qabaqcıl təcrübəyə malik şirkətlərindən müasir texnoloji avadanlıqlar alınıb gətirilib. İdxal olunan avadanlıqlar həmin şirkətlərin mütəxəssisləri tərəfindən quraşdırılır.
Mütəxəssislər qrupunun rəhbəri çinli Ding Sheng qeyd edib ki, 2012-ci ildə tikilib istifadəyə verilən Naxçıvan Sement Zavodunda da avadanlıqlar onlar tərəfindən quraşdırılıb. O, ikinci dəfədir ki, Naxçıvanda həyata keçirilən layihələrin icrasında mütəxəssis kimi iştirak edir.
Qeyd edək ki, müəssisə muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində inşaat materiallarına artan tələbatın yerli istehsal hesabına ödənilməsi zərurətindən yaradılır. Cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulan zavodlarda ildə 2 milyon kvadratmetr alçıpan örtük, 40 min ton gips, 150 min kubmetr məsaməli beton və 36 min ton əhəng istehsal ediləcək ki, bu da daxili bazarın tələbatını tamamilə ödəməklə yanaşı, bu yerli inşaat materiallarının xarici bazarlara çıxarılmasına da imkan yaradacaq. Əvvəllər bu inşaat materiallarına olan tələbat xaricdən idxal olunan məhsullar hesabına ödənilir, əlavə daşınma xərci çəkilirdisə, yeni layihələrin reallaşması ilə bu problem aradan qaldırılacaq.
Bu istehsal müəssisələri əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayacaq, 200 yeni iş yeri yaradılacaq.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info