Bakıda İslam Həmrəylik İdman Federasiyasının IX Baş Assambleyası keçiriləcək
Tarix: 03.11.2015 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


Qonaqlar İslam Həmrəylik Oyunlarının keçiriləcəyi idman obyektlərində yaradılan şəraitlə də tanış olacaqlar
Dünən Bakıda İslam Həmrəylik İdman Federasiyasının (ISSF) İcraiyyə Komitəsinin iclası işə başlayıb.
İclasda İcraiyyə Komitəsinin üzvləri, Azərbaycan Milli Olimpiya Komitəsinin və ISSF-nin vitse-prezidenti Çingiz Hüseynzadə, federasiyanın İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva iştirak ediblər. Tədbirdə Əlaqələndirmə Komissiyasının növbəti iclasının tarixi, görüləcək işlər müzakirə olunub. Həmçinin Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunları ilə bağlı fikir mübadiləsi aparılıb. Bu gün isə Bakıda İslam Həmrəylik İdman Federasiyasının IX Baş Assambleyası keçiriləcək. İndoneziya, Komor, Seneqal, Syerra-Leone, Misir, Kamerun və Türkiyədən nümayəndə heyətləri Assambleyada iştirak etmək üçün artıq Azərbaycana gəliblər. Tədbirdə Səudiyyə Ərəbistan Krallığının Milli Olimpiya Komitəsinin fəxri baş katibi şahzadə Abdulhakim Bin Mosaad Bin Abdulaziz Al Saud, İcraiyyə Komitəsinin və Əlaqələndirmə Komissiyasının üzvləri, Milli Olimpiya komitələrinin prezidentləri, baş katibləri və digər qonaqların iştirakı edəcəklər. Assambleyada Azərbaycanı IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin üzvləri, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin və İSSF-nin vitse-prezidenti Çingiz Hüseynzadə, Federasiyanın İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva və digər rəsmi nümayəndələr təmsil edəcəklər. Qonaqlar IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyi idman obyektlərində yaradılan şəraitlə də tanış olacaqlar.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub
22.09.2018
İngiltərə Premyer Liqası: “Mançester Yunayted“ doğma meydanda xal itirdi
22.09.2018
Hidayət Heydərov yarımfinala yüksəlib
22.09.2018
Rüstəm Orucov 1/32 finalda rəqibinə ipponla qalib gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info