Güləşçilərimiz Avropa Millətlər Kuboku yarışında mübarizəyə hazırlaşır
Tarix: 03.11.2015 | Saat: 22:17:00 | E-mail | Çapa göndər


Noyabrın 6-dan 8-dək Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri keçiriləcək. Komanda yarışında Azərbaycan ilə yanaşı, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Polşa və Almaniya yığmaları iştirak edəcək.
Turnirdə mübarizə aparacaq Azərbaycan güləşçilərinin siyahısı müəyyənləşib. Ümumilikdə yarışlarda yığmamızın idman şərəfini 25 güləşçi qoruyacaq. Turnirdə əvvəlcə qadın güləşçilər mübarizəyə başlayacaqlar. Bu yarışda yığmamız baş məşqçi Semyon Çterev, böyük məşqçi Konstantin Konorevin rəhbərliyi ilə gücünü sınayacaq. Heyətdə Marziget Baqomedova (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq), İrina Netreba (60 kq), Raqnetta Qurbanzadə (63 kq) və Gözəl Zutova (69 kq) yer alıblar. Qadın güləşçilərinin yarışında noyabrın 6-da qrup görüşləri, bir gün sonra isə final qarşılaşmaları keçiriləcək. Yığmamız Rusiya, Ukrayna, Belarus, Polşa və Türkiyə komandaları ilə yarışacaq. Sərbəst güləş yığmamız məşqçilər David Kurtsiya və Arif Abdullayevin rəhbərliyi ilə çıxış edəcək. Komandada Mahir Əmiraslanov, Ruslan Qasımov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Aslanbek Alborov (97 kq) və Ali Maqomedabirov (125 kq) mübarizə aparacaqlar. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyev yunan-Roma güləşi üzrə yığma komandanın heyətində 9 atletə yer veriblər. Yarışlarda ölkəmizi Murad Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Azad Əliyev (71 kq), Rüstəm Əliyev (75 kq), Emin Əhmədov (80 kq), İslam Abbasov (85 kq), Şəhriyar Məmmədov (98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi - 130 kq) təmsil edəcəklər. Sərbəst və yunan-Roma güləşi üzrə yarışlarda noyabrın 7-də qrup görüşləri, bir gün sonra isə final görüşləri keçiriləcək. Sərbəst güləşçilərimiz Rusiya, Türkiyə, Gürcüstan, Belarus və Polşa, yunan-Roma güləşçilərimiz isə Rusiya, Ukrayna, Almaniya, Belarus və Türkiyə yığmaları ilə qarşılaşacaq. Yarışlar “Lujniki” Olimpiya Kompleksində və “Drujba” universal idman zalında keçiriləcək. Görüşlərin idarə olunmasında beynəlxalq dərəcəli hakim İntiqam Alıyev də iştirak edəcək.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info