Avropa Şurasının mübadilə görüşündə ölkəmizdəki multikulturalizmdən danışılıb
Tarix: 04.11.2015 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Noyabrın 2-3-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində mədəniyyətlərarası dialoqun dini meyarları üzrə Avropa Şurasının 2015-ci il mübadilə görüşü keçirilib.
Görüşdə ölkəmizi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov təmsil edib. Ötən il bu tədbirə Azərbaycan ev sahibliyi edib. Builki görüşün ümumi mövzusu “İnklüziv cəmiyyəti birgə quraq” adlanırdı. Bu tədbir çərçivəsində görüş iştirakçıları “Dinlərin və qeyri-dini inancların radikalizmin və zorakı ekstremizmin qarşısının alınmasında rolu”, “İctimai həyatda dinin rolu və yeri”, “Məktəblərdə dinlər və qeyri-dini inanclar haqqında tədris” kimi məsələlər ətrafında fikir mübadiləsi aparıb, müvafiq təklif və tövsiyələr irəli sürüblər.
E.Nəcəfov çıxışında Azərbaycan Respublikasının din siyasətinin əsas istiqamətlərindən danışıb. Bu siyasətin nəticəsində ölkəmizdə dini etiqad azadlığının təmin olunduğu, rəsmi fəaliyyət göstərən bütün dini icmaların qanun qarşısında eyni məsuliyyət daşdıqları və dini radikalizmin qarşısının alındığı diqqətə çatdırılıb. E.Nəcəfov ölkəmizdə dinlərarası dialoqun inkişaf etdirilməsində Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info