A.Əlizadə: “Cənubi Xəzər hövzəsinin neft-qaz perspektivi böyükdür”
Tarix: 04.11.2015 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


“Cənubi Xəzər hövzəsinin neft-qaz perspektivi böyükdür, xeyli zəngindir. Meksika Körfəzində 10 kilometrdən artıq sahədə nəhəng neft-qaz yataqlarının olduğu proqnozlaşdırılır. Biz alimlər Meksika Körfəzinə aid edilən bu fikri Cənubi Xəzər hövzəsi üçün proqnozlaşdırırıq. Mən alimlərin diqqətini buna cəlb etmək istəyirəm”. Bu sözləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə Neft-Qaz Mühəndisləri Cəmiyyətinin İllik Xəzər Texniki Konfrans və Sərgisində çıxışı zamanı deyib. A. Əlizadə bildirib ki, AMEA-da alim və mütəxəssislərin birgə fəaliyyətinə böyük diqqət yetirilir: “Bizim üçün əsas kriteriya alim və mütəxəssis birliyidir. Elmlə istehsalat, elmlə praktika vəhdət tapırsa, bu, böyük qüvvəyə çevrilir. 1994-cü ildə Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi” imzalandı. Həmin uğurlu neft strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanı dünyada neft-qaz diyarı kimi tanınır”.
Yaxın günlərdə AMEA-nın 70 illik yubileyinin keçiriləcəyini söyləyən A. Əlizadə AMEA-nın 15 təsisçisindən 3 nəfərinin məşhur geoloq olduğunu qeyd edib: “Biz bu 70 ildə şərəfli yol keçmişik. AMEA-nın təsisçiləri sırasında 3 görkəmli geoloq - Şamil Əzizbəyov, Mirəli Qaşqay və Ələşrəf Əlizadənin adları var”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
FHN-in Akademiyasında Nəsiminin yubileyi qeyd edilib
23.05.2019
“Son iclas” filmi Pirallahı gəncləri tərəfindən böyük maraqla qarşılandı
23.05.2019
Heydər Əliyev Fondu rayonlarda iftar süfrələri təşkil edir
23.05.2019
Şuranın dəstəyilə 178 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
23.05.2019
“Füyuzat Mərkəzi”nin açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info