X.Yusifzadə: “AÇG blokundan Azərbaycanın mənfəət neftinin payı artacaq”
Tarix: 04.11.2015 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


1997-ci ilin noyabrından bu günədək Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlar blokundan 380 milyon ton neft hasil edilib, bunun 209 milyon tonu Azərbaycanın mənfəət neftinin payına düşür.
Bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən Xəzər Texniki Konfransında deyib. O qeyd edib ki, blokda hasilat 85 quyuda aparılır: "Bu dövr ərzində AÇG-də səmt qazının hasilat həcmi 114 milyard kubmetr təşkil edib. Gündəlik hasilat (yataqlar blokunda) 87 min ton neft və 33 milyon kubmetr qaz təşkil edir". X.Yusifzadənin sözlərinə görə, 2015-ci ilin 9 ayında AÇG blokundan 26 milyon ton neft və 10 milyard kubmetr səmt qazı hasil edilib. 17 milyon ton neft Azərbaycanın mənfəət neftidir. I vitse-prezident bildirib ki, bu dövrdə mənfəət neftinin payı 65 faiz təşkil edir və gələcəkdə artacaq.
X.Yusifzadə əlavə edib ki, Azərbaycanın ixrac etdiyi 396 milyon ton neftdən 288 milyon tonu Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri üzrə ixracın payına düşüb: "Qalanları isə Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərlərinin və dəmir yolunun payına düşüb. Bununla belə, cari ilin 10 ayında Azərbaycan 28 milyon ton neft ixrac edib, bunun 24 milyon tonu BTC-nin payına düşüb".
O diqqətə çatdırıb ki, ilin sonunadək AÇG-də hasilatın ümumi həcmi 385 milyon ton neft olacaq ki, bu da blokun ehtiyatlarının yalnız 17 faizini təşkil edir. Bununla belə, neftin çıxardılması əmsalının 45-dən 50 faizədək artırılması planlaşdırılır.
I vitse-prezidentin sözlərinə görə, "Şahdəniz" qaz yatağından istismara başlanandan 66 milyard kubmetr qaz və 17 milyon ton kondensat hasil edilib: "Hazırda Azərbaycan qazının Türkiyəyə ixracının ümumi həcmi 36 milyard kubmetr təşkil edir, 4,8 milyard kubmetr isə Gürcüstana ixracın payına düşür".
X.Yusifzadə deyib ki, hazırda Azərbaycanda təsdiq edilmiş ümumi neft ehtiyatları təqribən 2 milyard ton, qaz ehtiyatları 2,6 trilyon kubmetr, proqnozlaşdırılan qaz ehtiyatları təqribən 5,4 milyard kubmetr qaz, neft ehtiyatları isə 4,5 milyard ton təşkil edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info