Vişeqrad Qrupu: “Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət veririk”
Tarix: 04.11.2015 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov Vişeqrad Qrupunun (Çex Respublikası, Polşa, Macarıstan və Slovakiya) siyasi direktorlarından ibarət olan nümayəndə heyətini qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, X.Xələfov qonaqları salamlayaraq, ikitərəfli əsasda olan görüşlərin davamı kimi üzv dövlətlərdə Vişeqrad Qrupu formatında keçirilən görüşlərin maraqla qarşılandığını nəzərə çatdırıb.
Nazir müavini Vişeqrad Qrupunun Avropa İttifaqı çərçivəsində mühüm rola malik olduğunu qeyd edərək, maraqlı təşəbbüslərlə çıxış etdiyini deyib. Bu xüsusda, Şərq Tərəfdaşlığı təşəbbüsünün də Vişeqrad Qrupuna aid olduğunu xatırladıb.
X.Xələfov bu qrupa daxil olan ölkələrin öz aralarında əməkdaşlıq və dialoq təcrübəsinin Azərbaycan tərəfindən də maraqla izlənildiyini qeyd edərək, Vişeqrad Qrupu formatının fərdi əsasda hər bir üzv dövlət ilə əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb.
O qeyd edib ki, Avropa İttifaqı bir çox regional və beynəlxalq məsələlərdə vahid mövqedən çıxış etmək qabiliyyətinə malik bir qurumdur və bu baxımdan Avropa İttifaqı çərçivəsində Vişeqrad Qrupunun təşəbbüsləri vacib əhəmiyyət kəsb edir.
X.Xələfov Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ikitərəfli münasibətlərinin inkişafından danışaraq, bir sıra dövlətlərlə bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini diqqətə çatdırdı.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını deyən X.Xələfov bu əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Vişeqrad Qrupunun nümayəndə heyəti tərəfindən Qrup çərçivəsində əməkdaşlıq və qarşıda duran layihələr haqqında məlumat verilib. Qrup çərçivəsində əməkdaşlıq və əlaqələndirmənin 25 ilə yaxın dövr ərzində uğurla davam etdirildiyi qeyd olunaraq, əlaqələrin dövlət və hökumət başçıları və sahəvi işçi qrupları səviyyəsində aparıldığı bildirilib.
Heyət üzvləri Azərbaycanı yaxın tərəfdaş və dost ölkə kimi qəbul etdiklərini deyərək Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan üçün nə dərəcədə həssas və ağrılı olduğunu anladıqlarını və münaqişənin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həllini dəstəklədiklərini vurğulayıblar. Viseqrad Qrupu ölkələrinin Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən qonaqlar, ölkəmizdən müsbət təəssüratla ayrıldıqlarını, Azərbaycanın mövqeyini və həssaslıqlarını anladıqlarını və bu mövqeyi Brüsseldə ifadə etmək üçün maksimum səy göstərəcəklərini qeyd ediblər. Avropa İttifaqının bəzi təsisatları tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlərin təəssüf doğurduğunu qeyd edərək, strateji baxımdan mühüm regionda yerləşən Azərbaycan ilə əlaqələrin inkişafına ümidvar olduqlarını bildiriblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10120

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info