AMOR fəalları Sankt-Peterburq hökumətinin Moskvadakı nümayəndəliyində olublar
Tarix: 04.11.2015 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəalları Misirdə qəzaya uğrayan Rusiya təyyarəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə Sankt-Peterburq hökumətinin Moskvadakı nümayəndəliyində olublar.
AMOR fəalları, Rusiya ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr Sank-Peterburq şəhərinin Moskvada yerləşən nümayəndəliyi önünə təşkilat rəhbəri Leyla Əliyeva adından əklil və gül dəstələri qoyublar.
AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev çıxışında bildirib ki, Azərbaycan xalqı başda lideri İlham Əliyev olmaqla bu faciəvi gündə rusiyalılara dəstəyini nümayiş etdirib: "Məlum olduğu kimi, oktyabrın 31-də Misirdə Rusiya təyyarəsi qəzaya uğrayıb. 224 nəfər həyatını itirib. Biz, Rusiyanın azərbaycanlı gəncləri, diaspor nümayəndələri hesab edirik ki, dostlar hər zaman bir yerdə olmalı, çətin günlərdə bir-birinə dəstək göstərməli, şad günlərdə isə birgə sevinc yaşamalıdırlar. Faciə ilə əlaqədar AMOR sədri Leyla Əliyevanın qərarı ilə təşkilatın VI forumu çərçivəsində əvvəlcədən keçirilməsi planlaşdırılmış konsert proqramı ləğv olunub. Bu addım onu göstərir ki, rusiyalılar və azərbaycanlılar iki qardaş xalqdırlar. Biz hər zaman Rusiya və Azərbaycanda baş verən hadisələrə anlayışla yanaşmağa və bütün məsələlərdə bir mövqedən çıxış etməyə çalışırıq".
Emin Hacıyev təşkilatın fəallarına tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info