Mərkəzi Klinikanın daha bir uğuru
Tarix: 04.11.2015 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Ölkə rəhbərliyinin xüsusi diqqəti və qayğısı nəticəsində Azərbaycanda səhiyyə sahəsi getdikcə inkişaf etməkdədir.
Mərkəzi Klinikadan daxil olan məlumatda belə deyilir: "Bunun bariz nümunəsi kimi fəxrlə deyə bilərik ki, xarici ölkə vətəndaşları, o cümlədən beynəlxalq sığorta şirkətləri də xəstəxanamızda göstərilən tibbi xidmətlərdən istifadə edir, öz sağlamlıqlarını bizə etibar edirlər.
Belə ki, bu yaxınlarda qəbul etdiyimiz İngiltərə vətəndaşı Raymond İrvingin adını qeyd edə bilərik. R.İrving Təcili Tibbi Yardımla digər tibb müəssisəsindən bizim klinikamıza gətirilib. Kəskin miokard infarktı diaqnozu təsdiq olunduqdan sonra angioqrafik müayinədə ciddi damar darlığı aşkarlanıb. İnvaziv müdaxilə ilə darlıqlar aradan qaldırılıb və həyatı təhlükə riski aradan götürülüb. R.İrving bu gün kontrol müayinəyə gəlib. Heç bir şikayəti yoxdur, normal həyat tərzinə davam edir".
Məlumatda qeyd edilir ki, bütün bu prosedurlar Mərkəzi Klinikanın kardioloq komandası – doktor Cəmil Babayev, doktor Əli Bayramov və başqaları tərəfindən həyata keçirilib. Angioplastika Avstriyada Vyana Universitet Klinikasında (Allgemeines Krankenhaus (AKH)) ixtisaslaşmış invaziv - kardioloq doktor C.Babayev tərəfindən icra olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info