Azərbaycan Tələbələr Birliyi “Bayraq Günü” üçün həmrəylik çağırışı etdi
Tarix: 04.11.2015 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbələr Birliyi “9 Noyabr - Dövlət Bayrağı Günü” ilə əlaqədar tələbələrə və ölkəmizin bütün vətəndaşlarına çağırış edib. Çağırışda 9 noyabr 2015-ci il tarixində internet istifadəçisi olan hər bir azərbaycanlının sosial şəbəkələrdə olan profil və örtük şəkillərini yalnız bir günlük Azərbaycan Bayrağının fərqli görüntüləri ilə əvəz etməsi xahiş olunur.
Birliyin sədri Elvin Aslanov çağırışla əlaqədar fikirlərini bölüşərək bildirib ki, biz zaman-zaman müxtəlif xarici ölkələrdə Azərbaycan bayrağına qarşı hörmətsiz davranışın şahidi oluruq. Bəzən bayrağımız təhrif olunur, düzgün asılmır və ya başqa rənglərdə verilir. Belə halların qarşısının alınması, həmçinin, bir xalq və millət olaraq həmrəyliyimizin dünya ictimaiyyətinə göstərilməsi üçün istifadə etdiyiniz sosial şəbəkələrdə öz profil və örtük fotolarımızın Azərbaycan bayrağı ilə əvəz olunmasını xahiş edirik. Bununla da biz ölkəmizin başçısı cənab İlham Əliyevin “Bizim bayrağımız qürur mənbəyimizdir” sözlərini əməli işimizlə göstərə və bir daha milli suverenliyimizin simvolu, dövlətçilik rəmzimiz olan bayrağa hörmət hissimizi nümayiş etdirə bilərik.
E.Aslanov sosial şəbəkələrdə azərbaycanlı istifadəçilərin çoxluq təşkil etdiyini və həmin şəxslərin müxtəlif ölkələrdən xeyli insanlarla virtual dost olduqlarını nəzərə alaraq, belə bir aksiyanın səmərəli olacağını bildirmişdir. Xeyli insan ölkəmizin bayrağını tanımaqla yanaşı, xalqımızın bütün məsələlərdə həmrəyliyini və istənilən məsələdə dövlətimizin yanında olduqlarını görə biləcəklər. Təbii ki, bu tip aksiyalar kimlər tərəfindənsə xırda məsələ kimi qəbul edilə bilər. Amma biz bu işin mənəvi tərəfini düşünərək addım atmalı, bayrağımızı göz bəbəyi kimi qorumalıyıq.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info