UNİCEF nümayəndəsi: “Azərbaycan uşaqların müdafiəsi sahəsində mühüm işlər görür”
Tarix: 04.11.2015 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


“Azərbaycanda sosial müdafiə sisteminin uşaqların rifahı baxımından geniş təhlili” mövzusunda təqdimat olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Uşaq Fondunun (UNİCEF) ölkəmizdəki nümayəndəliyi tərəfindən “Azərbaycanda sosial müdafiə sisteminin uşaqların rifahı baxımından geniş təhlili” mövzusunda təqdimat olub. Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov uşaqların müdafiəsinin, onların fiziki və mənəvi inkişafının Prezident İlham Əliyevin sosial siyasətinin mühüm komponentlərindən olduğunu vurğulayıb. Nazir sosial təminat sisteminin əhatə etdiyi əhali kateqoriyaları sırasında uşaqların da mühüm yer tutduğunu bildirib: “Ölkəmizdə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə və 20 Yanvar əlillərinin, şəhid ailələrinin, müddətli həqiqi hərbi xidmət qulluqçularının 16 yaşa çatmamış uşaqları, aztəminatlı ailələrin 1 yaşınadək uşaqları və müvafiq təbəqələrdən olan digər uşaqlar aylıq sosial müavinətlə təmin olunurlar. Beşdən çox uşağı olan qadınlara hər bir uşağa görə aylıq müavinət verilir. Ünvanlı dövlət sosial yardımı alan ailələrdəki ailə üzvlərinin də 47,6 faizi məhz uşaqlardan ibarətdir. Sosial xidmət müəssisələrində 340-a yaxın uşaq daimi dövlət təminatında yaşayır və Nazirliyin sosial sifarişləri əsasında 1500-dən çox uşağa və ailələrinə reabilitasiya yönümlü sosial xidmətlər göstərilir”.
S.Müslümov uşaqlarla bağlı aparılan siyasətin uğurlu icrasında UNİCEF-lə əməkdaşlığın önəmini vurğulayıb: “Xüsusən UNİCEF-lə birgə icra olunan “Uşaq qayğı sistemində islahatlar” üzrə Tədbirlər Planını, həmin Plan üzrə müvafiq təbəqələrə aid uşaqlar üçün sosial reabilitasiya sisteminin institusional və texniki baxımdan dəstəklənməsi yönündə aparılan işləri müsbət qiymətləndirmək olar. Ötən ilin iyununda 2014-2015-ci illər üzrə Fəaliyyət Planı da imzalanıb ki, bu da əməkdaşlığın uğurlu davamına və daha geniş fəaliyyət sahələrini əhatə etməsinə səbəb olub. Həmin sənəddə çətin həyat şəraitində olan uşaqların, onların ailələrinin sosial xidmətlərə çıxışının texniki dəstəklənməsi, sosial sifarişlər üzrə prioritetlərin müəyyənləşdirilməsi və müvafiq texniki tapşırıqların hazırlanması, nazirliyin tabeliyindəki bərpa mərkəzlərinin sosial reabilitasiya imkanlarının artırılması və s. kimi vacib istiqamətlər əksini tapıb”.
Nazir UNİCEF-in Azərbaycan nümayəndəliyi tərəfindən ölkəmizdə milli sosial müdafiə sisteminin uşaqların rifahı baxımından geniş təhlil apardığını qeyd edərək, bu təhlilin nəticələrinin uşaqların sosial müdafiəsi sahəsində siyasətin təkmilləşdirilməsi işlərində əhəmiyyətli ola biləcəyini diqqətə çatdırıb. UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri A.Şilakadze uşaqların müdafiəsi, onların sosial təminat və reabilitasiya sistemi ilə əhatə olunması sahəsində Azərbaycanda mühüm işlərin görüldüyünü qeyd edib. O həmçinin sosial təminat sisteminin təkmilləşdirilməsi üçün həyata keçirilən islahat tədbirlərinin təqdirəlayiq olduğunu, aparılmış təhlilin bu işlərə institisional dəstək verilməsinə yönəldiyini bildirib. Daha sonra UNİCEF-in Azərbaycan nümayəndəliyi tərəfindən Azərbaycanda sosial müdafiə sisteminin uşaqların rifahı baxımından geniş təhlili ilə bağlı təqdimat olub.
Tədbirdə aparılmış təhlilin nəticələri nəzərə alınmaqla, Azərbaycanda uşaqların sosial müdafiəsi ilə bağlı strateji istiqamətlərdə əsas Konsepsiya sənədinin hazırlanması, Hökumətlə razılaşdırılması və təsdiq edilməsi məsələləri müzakirə olunub. Həmçinin Konsepsiya sənədindəki əsas elementlərin UNİCEF-lə birgə pilot işlərinin yerinə yetirilməsi, uşaqların müdafiəsi prinsipi əsas götürülməklə Sosial Müdafiə üzrə Strateji Fəaliyyət Planının hazırlanması və digər məsələlərə dair müzakirələr aparılıb.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info