AŞPA-nın Komitə iclasında Azərbaycanla bağlı məruzə qəbul edilib
Tarix: 04.11.2015 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Bu gün Parisdə AŞPA-nın Siyasi Məsələlər üzrə Komitəsinin iclası keçirilib. İclasda məruzəçi Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı məruzə müzakirə edilib. Bu haqda Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov qəzetimizə məlumat verib.
Qeyd edək ki, məruzədə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və iyirmi ildən artıq müddət ərzində işğal altında saxlanılması öz əksini tapıb. Sənəddə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən qətnamələr xatırladılır, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işinə dair 2015-ci il iyun tarixli qərarında Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilərə nəzarət etməsinin sübuta yetirildiyi qeyd edilir, girov götürülmüş D.Əsgərov və Ş.Quliyevin Dağlıq Qarabağın tanınmamış “məhkəmələri” tərəfindən qanunsuz məhkum edildiyi bildirilir.
Elxan Süleymanov deyib ki, məruzəyə 3 düzəliş irəli sürüblər: “Bu düzəlişlərdən biri məruzənin 4-cü bəndində “...Dağlıq Qarabağ regionuna dair münaqişə hələ də həll edilməmişdir” ifadəsinin “...Azərbaycanın işğal olunmuş əraziləri hələ də işğaldan azad edilməmişdir” ifadəsi ilə əvəz edilməsini ehtiva edir. İkinci düzəlişdə isə, D.Əsgərov və Ş.Quliyevin qeyd şərtsiz azadlığa buraxılması ilə bağlı “...işğalçı qüvvə olan Ermənistanın dərhal azad etməsini təmin etməyə çağırır” ifadəsi təklif edilmişdir. Nəhayət, irəli sürdüyümüz 3-cü düzəlişdə Ermənistan hakimiyyətinin məruzəçi ilə əməkdaşlıqdan imtina etməsinə “təəssüflənir” ifadəsinin “qətiyyətlə pislənir” ifadəsi ilə əvəzlənməsi əks etdirilir”.
Onun sözlərinə görə, bu gün qəbul edilən bu məruzə AŞPA yanvar sessiyasında müzakirə edilib təsdiq ediləcək: Ermənistan nümayəndə heyətinin üzvlərinin bütün riyakarlıq və təxribatlarına baxmayaraq, Siyasi Məsələlər Komitəsi məruzənin qəbul edilməsi barədə qərar qəbul etdi. Vurğulamalıyam ki, bizim təklif etdiyimiz hər 3 düzəliş qəbul edildi, Azərbaycanın maraqlarına zidd olan 3 düzəliş isə qəbul edilmədi. Komitədə qəbul edilən bu qərar Azərbaycanın uğurudur. Məruzənin qəbulu üçün növbəti və sonuncu mərhələ Assambleyanın plenar iclasıdır və bizi burada da ciddi mübarizə gözləyir”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info