Mahmud Kərimov son mənzilə yola salınıb
Tarix: 11.02.2013 | Saat: 23:09:00 | E-mail | Çapa göndər


Dünən ölkəmizin ictimaiyyəti tanınmış elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Mahmud Kərim oğlu Kərimovu son mənzilə yola salıb.
Mərhumun cənazəsi Azərbaycan Milli Elmlər Akademiyasının binasında matəmsayağı bəzədilmiş salonda postament üzərində qoyulub.
Monitorda mərhum akademikin elmi nailiyyətlərini, AMEA-nın prezidenti kimi keçirdiyi görüşləri, yerli və xarici elmi konfranslardakı çıxışlarını əks etdirən videomateriallar nümayiş etdirilirib.
Zalda Azərbaycan Prezidenti İlham Əliyevin adından əklillər qoyulub.
AMEA-nın binasının qarşısında da dövlət, hökumət və yaradıcılıq təşkilatları, ali təhsil ocaqları, müxtəlif kollektivlər, o cümlədən respublikanın elmi ictimaiyyəti adından əklillər düzülüb. Görkəmli alimin həmkarları, dostları, tanışları, elm ictimaiyyətinin nümayəndələri bu böyük elm təşkilatçısına, ziyalı insana son borclarını veriblər. Prezident İlham Əliyev akademik Mahmud Kərimovun vida mərasimində iştirak etmək üçün AMEA-nın binasına gəlib. Dövlət başçısı görkəmli sənətkarın ailə üzvlərinə, qohum-əqrəbasına dərin hüznlə başsağlığı verib. Sonra matəm mitinqi olub. Matəm mitinqini Baş nazirin müavini Elçin Əfəndiyev açaraq, görkəmli alimin həyat və yaradıcılığından danışıb, onun vəfatının Azərbaycan elmi üçün ağır itki olduğunu bildirib. Sonra akademiklər Vaqif Fərzəliyev, Akif Əlizadə, İsmayıl Hacıyev, Əhliman Əmiraslanov, Vasim Məmmədəliyev çıxış edərək böyük alim Mahmud Kərimovun əziz xatirəsinin heç zaman unudulmayacağını vurğulayıblar.
Prezident İlham Əliyev mərhumun ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı verib, onlara Tanrıdan səbir diləyib. Akademik Mahmud Kərimovun ailə üzvləri, qohumları mərhumla vidalaşıblar.
Sonra görkəmli alim, akademik Mahmud Kərimovun cənazəsi AMEA-nın binasından qaldırılaraq Fəxri xiyabana gətirilib. Burada mərhumun ruhuna dua oxunub. Əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq böyük alim, əsl vətəndaş və gözəl insan Mahmud Kərim oğlu Kərimovun cənazəsi doğma torpağa tapşırılıb. Allah rəhmət eləsin, qəbri nurla dolsun!




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info