Dövlət Bayrağı Günü münasibətilə bilik yarışması keçirilib
Tarix: 04.11.2015 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində həmin ali təhsil ocağının Beynəlxalq münasibətlər ixtisası üzrə III kurs tələbəsi, YAP fakültə sədri Tuncay Salmanlının təşkilatçılığı ilə “9 Noyabr Dövlət Bayrağı Günü” münasibətilə bilik yarışması keçirilib. Ümumilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti, Azərbaycan tarixi, coğrafiya, dünyagörüş, məntiq və digər sahələri əhatə edən, 70 test sualından ibarət bilik yarışması maraqlı və yaddaqalan olub.
Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin komandaları arasında 4 turdan ibarət, İKT tətbiqi ilə bilik yarışmasına start verilib. Qeyd edək ki, yarışda adıçəkilən fakültənin 7 ixtisası üzrə təhsil alan I və II kurs tələbələri iştirak ediblər. 35 tələbənin iştirakı ilə keçirilən bilik yarışmasında 7 komanda mübarizə aparıb. İngilis dili müəllimliyi ixtisasının komandası qalib gələrək I yerə çıxıb. Beynəlxalq münasibətlər və tərcüməçilik (ingilis dili) ixtisasının komandaları isə II və III yerləri bölüşüblər.
Qeyd edək ki, bilik yarışması növbəti günlərdə digər fakültələrdə də təşkil olunacaq və sonda finala vəsiqə qazanan komandalar görüşəcək. Qalib komandalar, eyni zamanda fəal iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info