“Gələcəkdə təbii müalicələrə üstünlük veriləcək”
Tarix: 04.11.2015 | Saat: 22:58:00 | E-mail | Çapa göndər


Elnur Rəhimov: “Müalicə vasitələrinin əksər yerini yalnız dərman tutduğuna və yerli-yersiz təyin olduğuna görə kimyəvi dərmanlar çox mənfi nəticələr verdi”
Son zamanlar insanların dərman bitkiləri ilə müalicəyə üstünlük verməsi, əslində, bir növ keçmişə qayıdışdır. Çünki qədimdən insanların müalicəsi ancaq dərman bitkiləri ilə aparılıb. Maraqlıdır ki, sonradan kimyəvi dərmanların meydana çıxmasının insanlara nə kimi mənfi təsiri oldu? Bu və digər mövzularla bağlı suallarımızı dərman bitkiləri üzrə elmi işçi, həkim-terapevt, fitoterapevt Elnur Rəhimov cavablandırıb. Xatırladaq ki, Elnur Rəhimov Avropa və Türkiyə Fitoterapiya Cəmiyyətinin üzvü, “fitoterapevt.az” ilk fitoterapevtik portalın layihə rəhbəridir.

-Qədimdə müalicə vasitəsi kimi yalnız dərman bitkiləri üstünlük təşkil etdiyinə və əldə olunduğuna görə geniş şəkildə tətbiq edilirdi. Əvvələr Qalen preparatları var idi, dərman bitkisinin, məsələn, istifadə edilən hissə olaraq yarpağından əldə olunan farmakoloji təsir idi. Sonra isə yeni Qalen preparatları çıxdı ki, orada bitkinin müəyyən hissəsinin yalnız bir tərkibinə görə dərman alınırdı, məs: efir yağı. Sonralar gördülər ki, Qalen preparatları daha effektlidir, nəinki yeni Qalen. Belə qənaətə gəlmək olur ki, bitkinin dərman kimi istifadə etmək üçün tam şəkildə tətbiq olunması daha çox faydalıdır.
Tibb aləmində ilk öyrəniləcək sahələrdə dərman kimi təbii vasitələrdən sınaqlar istifadə edilirdi. Zaman keçdikcə elmi-texniki-tərəqqiyə görə dərmanları kimyəvi yolla əldə etməyə başladılar. Bu, əslində, mənfi təsir etmədi, bir az da müalicə sahəsini genişləndirdi. Sadəcə olaraq müalicə vasitələrinin əksər yerini yalnız dərman tutduğuna və yerli-yersiz təyin olduğuna görə kimyəvi dərmanlar çox böyük mənfi nəticələr verdi.
-İndi bir çox xəstəliklər, belə desək, “cavanlaşıb”. Hətta həkimlərin ad belə, verə bilməyəcəyi yeni xəstəliklər ortaya çıxıb. Demək olarmı bu xəstəliklər həm də kimyəvi dərmanların “övladları”dır?
-Hər bir xəstəlik üçün münbit şərait yaradıldıqda, o daha tez yaxalaya bilir, necə ki bir yeniyetməyə daha çox təkan verdikdə, o daha tez nailiyyətlər əldə edə bilir. Xəstəliklər çoxdur və hələ də öyrənilir, amma get-gedə xarakterlər, təbiət, duyğular, hüceyrələr kimi xəstəliklər də mutasiyaya uğrayıb. Əlbəttə, teratogen (dölə yan təsir göstərən), toksiki təsirə malik dərmanlar xəstəliklərin birbaşa yaradıcılarıdır. Bu tipli dərmanların, onsuz da, təsir xüsusiyyətlərində bu barədə məlumat verilir. Gələcəkdə təbii müalicələrə üstünlük veriləcək, keçmişdə olduğu kimi. Bu müalicəyə də profilaktik müalicə adı qoyulacaq - yəni xəstələnmədən xəstəlikdən qorunmaq.
-Dərman bitkiləri ilə müalicənin nə kimi üstünlükləri var?
-İstifadəsi uzunmüddətli və az yan təsirli olmasıdır. Dərman bitkilərinin dozalanmasına düzgün riayət olunsa və ya insanlar gündəlik həyat tərzinə bunu da daxil etsələr, sağlam qalmaq şansları artacaq.
-Demək olarmı əvvəlki illərlə müqayisədə indi dərman bitkiləri ilə müalicəyə maraq artıb?
-Bu ümumdünya səhiyyəsinin işidir, müəyyən zaman digər dərmanlara yer verilirdi, indi daha çox bitki tərkibli dərmanlara yer verilir. Məsələn, mastopatiya zamanı bitki tərkibli siropu özüm hazırlamışam və 257 qadın üzərində aparılan tədqiqat da yüksək nəticəli olub. 2015-ci ildə Yaponiyadan tibb üzrə Nobel mükafatı alan da məhz yovşan bitkisinin malyariyada dərman kimi istifadəsinə görə aldı. Bu da marağın bitkilərə artmasında bir reallıqdır.
-Cəmiyyətdə fitoterapiya müalicəsi ilə bağlı maariflənmə hansı səviyyədədir?
-Fitoterapiyanın elmi cəhətdən və tibb üzrə təhsil alanlar tərəfindən aparılmasına şərait yaranıb və bu işdə daha çox özüm məşğul oluram. “Herba flora” jurnalı, “fitoterapevt.az” saytı bu işlə yaxından təmasdadır. Təkcə Azərbaycanda deyil, Rusiya, Qazaxıstan, Almaniya, Türkiyə, Amerikada və s. yaşayan soydaşlarımıza da fitoterapevtik müalicəylə kömək edə bilmişik. Qədim və müasir fitoterapiyanın cəmiyyətdə tətbiq olunması çox müsbət dəyişikliklər yaradıb. Çünki hər bitkinin də istənilən vaxt və ya heç ziyanı yoxdur içmək düzgün deyil. Bunu müalicə kimi qəbul edə bilsək və insanlar da buna doğru şəkildə əməl etsələr maarifləndirmə işlərimiz uğurla başa çatar.
- Fitoterapiya müalicəsinin təbliği ilə bağlı hansı işlər görürsüz?
-Fitoterapiyanın müalicəsi ilə bağlı tibbi fəaliyyət göstəririk və eləcə də bu işin daha böyük addımla irəli getməsinin şahidi oluruq. Bitkiləri yaxından tanımaq üçün sayt və KİV-lərlə müştərək çalışırıq. Fitoterapiyanı gələcəkdə inkişaf etdirib fitoterapiya mərkəzi kimi işləyə biləcəyik. İndi dərman bitkiləri ilə elmi iş götürüb müalicəylə məşğul olduğuma görə sonralar əhaliyə daha yaxşı nəticələr verə biləcəyik.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info