Ermənistanda çörəyin qiyməti artıb
Tarix: 04.11.2015 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


2015-ci ilin birinci yarısında Ermənistana pul köçürmələri və ixracatda böyük eniş qeydə alınıb. Bu barədə Ermənistan Mərkəzi Bankının hesabatında məlumat verilir.
«News.am» saytının verdiyi xəbərə görə , əsas eniş yarımfabrikatlar, əlvan metal və hazır məhsulların ixracatında qeydə alınıb. Bununla yanaşı, Ermənistana göndərilən fərdi pul köçürmələrinin azalması səbəbindən ölkədə istehlakın və iqtisadi artımın azalması qeydə alınıb.
Yaranmış vəziyyəti nəzərə alan ölkə rəhbərliyi iqtisadi artımı təmin etmək üçün bir sıra addımlar atmaq məcburiyyətində qalıb. Belə ki, Ermənistan Mərkəzi Bankı kredit şərtlərində müəyyən güzəştlərə getmək məcburiyyətində qalıb. Xatırlanmalıdır ki, 2014-ci ilin sonunda makroiqtisadi risklərin artması erməni dramını dəyər itkisi ilə üz-üzə qoymuşdu. Hazırda regionun digər ölkələrinin pul vahidləri ilə müqayisədə erməni milli valyutası nisbətən aşağı dəyərləndirilir. Məhz elə buna görədir ki, kredit sahəsində bankların gəlirliliyi xeyli azalıb.
Ermənistan Mərkəzi Bankı ötən ilin dekabrından etibarən ölkədəki bankların minimum kapital tələbinin 5 - 30 milyard dram arasında mövcud olmasını gündəmə gətirdi. Burada əsas məqsəd kimi, kreditin artım imkanlarını və uzunmüddətli risklərə qarşı əlavə yastığı təmin etmək nəzərdə tutulurdu. Ölkədəki qeyri-bank maliyyə institutlarının fəaliyyətlərinin genişləndirilməsinə baxmayaraq, maliyyə sistemindəki payları hələ də kifayət qədər aşağı olaraq qalır.
Ermənistandan gələn başqa bir xəbəri isə «Tert.am» saytı verir. Ermənistan Milli Statistika Xidməti tərəfindən açıqlanan rəsmi məlumatlara görə, ötən ilin sentyabr ayından bu ilin eyni dövrü ilə müqayisədə regional mərkəzlər olan Sisiyan və Qafanda çörəyin qiyməti 6.7 faiz artıb. Qeyd edilməlidir ki, bu ərəfədə Ermənistanda çörəyin qiymətində ümumi artım 5,7 faiz olub.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info