Ukrayna xarici döyüşçüləri leqallaşdırdı
Tarix: 04.11.2015 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


Ölkəyə gələn xarici döyüşçülər hərbi andiçmə etmədən orduda sıravi, serjant və starşina kimi xidmətə rahatlıqla qəbul ediləcək
Ukrayna ölkə ərazisində olan xarici döyüşçüləri leqallaşdırmağa başlayıb. Bununla bağlı qanun artıq prezident Poroşenko tərəfindən imzalanıb. Ukrayna dövlət başçısının administrasiyası hesab edir ki, yeni qanun çərçivəsində ölkə döyüş hazırlığı yüksək olan, təcrübəli, motivasiyalı hərbçilərə sahib olacaq.
İlkin mərhələdə xarici döyüşçülərdən ibarət 1000 nəfərlik batalyon yaradılması planlaşdırılır: “Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrin tərkibinə daxil olacaq yeni hərbi birlik ölkədə hərbi çağırışa və vətəndaşların mobilzasiyasına olan tələbatı da azaldacaq”. “Qazeta.ru” yazır ki, Ukraynada çoxlu sayda xarici döyüşçü cəmləşib. Əsasən ölkənin şərq rayonlarında Ukrayna ordusunun sıralarında vuruşan həmin xarici döyüşçüləri leqallaşdırmaq üçün qanun qəbul edilib. “Azov” batalyonunun yaradıcısı Semyon Semençenko bildirib ki, ölkədə olan xarici döyüşçülər əsasən könüllülərdən təşkil olunmuş dəstələrin tərkibində vuruşublar. Amma qanun imkan vermədiyindən onlar Silahlı Qüvvələrin və Milli Qvardiyanın tərkibində fəaliyyət göstərə bilmirdilər: “Bu gün Ukraynanın şərq rayonlarında kifayət qədər xarici vətəndaş var və onların sayını müəyyən etmək mümkün deyil”. Sayt yazır ki, könüllü batalyonlarda cəmləşən xarici döyüşçülərin sayını müəyyən etmək yerli hakimiyyət üçün də çətin olacaq. Çünki Ukrayna ərazisində döyüşlər başlayandan xarici ölkələrdən çoxlu sayda döyüşçü müxtəlif yollar və qrupların vasitəçiliyi ilə ölkəyə gətirilib. Ötən ilin dekabr ayında Ukrayna ordusunun Baş Qərargah rəsmisi Aleksandr Rozmaznin Donbasda ABŞ, Fransa kimi ölkələrdən olmaqla təxminən min nəfərə yaxın xarici vətəndaşın döyüşdüyünü bildirmiş, amma dəqiq say açıqlamamışdı. Ekspert Anton Qeraşenko bildirib ki, prezident Poroşenko tərəfindən imzalanan yeni qanundan bir neçə yüz nəfərin faydalanacağı gözlənilir: “Ölkə ərazisində döyüşən xarici vətəndaşların Ukrayna Silahlı Qüvvələrinin tərkibində xidmət etməyə razılıq verəcəyini indidən söyləmək çətindir”. Hələ bu qanun imzalanmazdan əvvəl mətbuatda xarici döyüşçülərin müsahibələri yer alırdı. Həmin müsahibələrdə xarici döyüşçülər qanunla bağlı mənfi fikir söyləyirdilər. Xarici döyüşçülər qanunun necə reallaşacağının onlar üçün qaranlıq olduğunu bildirirlər. Əsas problem Silahlı Qüvvələrin formalaşma proseduru ilə bağlıdır. Qanunun qəbulundan sonra ölkəyə gələn xarici döyüşçülər hərbi andiçmə etmədən orduda sıravi, serjant və starşina kimi xidmətə rahatlıqla qəbul ediləcəklər. Zabit heyətində xidmət etmək üçün hərbi and içmək və Ukrayna vətəndaşlığını qəbul etmək lazımdır. Hazırda zabit kimi könüllü birləşmələrin tərkibində döyüşən xarici vətəndaşlar bu variantla razı deyil. Xarici döyüşçülərə vətəndaşlıq verilməsi ilə bağlı məsələdə də problemlər var. Prezident Poroşenko Donbasda döyüşən bütün xaricilərə Ukrayna vətəndaşlığı verilməsinin tərəfdarıdır. Qanunda muzdlu döyüşçülərlə bağlı məsələ də nəzərə alınıb. Ukrayna XİN-in rəsmisi Anton Qeraşenko bildirib ki, qanuna görə xarici döyüşçülər müqaviləyə əsasən maaş alacaqlar.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info