Metodbirləşmədən Dayaq məntəqəsinə doğru
Tarix: 04.11.2015 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı dövlət siyasətinin əsas prinsiplərinə uyğun təhsilin məqsəd və vəzifələrini həyata keçirmək mexanizmini müəyyən edir. Ölkə Prezidentinin Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında 13 iyun 2000-ci il tarixli 349 saylı Fərmanı müstəqil dövlətin təhsil sisteminin təkmilləşməsi, yenidən qurulması üçün lazımi şərait yaratmışdır.
Prosesin sonrakı gedişi konkret addımlar atılması üçün real zəmin yaratdığından 21 fevral 2002-ci il tarixdən etibarən ixtisasartırma təhsilində yeni mexanizmə keçid və müəllimlərin təkmilləşdirilməsi işinin müasir tələblərə uyğun təşkili məqsədilə Təhsil Nazirliyi tərəfindən konseptual xarakterli 164 saylı əmr verilmişdır. Nazirliyin kollegiya iclasında bu aktual problemin həlli üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir.
Təhsil Nazirliyi Pedaqoji kadrların ixtisasının artırılması prosesinin təkmilləşdirilməsi barədə 2000-ci il tarixli 163 saylı və Dayaq məntəqələri mexanizminin tətbiqi ilə bağlı 17 oktyabr 2000-ci il tarixli 953 saylı əmrlər imzalamışdır. Fərmanlardan irəli gələn vəzifələri yaradıcılıqla həyata keçirməkdən ötrü təhsil işçilərindən yüksək dərəcədə məsuliyyət və bacarıq tələb olunur.
Yuxarıda adını çəkdiyimiz qərarlarla tanış olduqdan sonra Qusar rayon Balaqusar kənd tam orta məktəbində Dayaq məntəqə mərkəzi otağı hazırlamaq qərarına gəldim. Müəyyən qədər nail oldum. Məktəbimizə yaxın ərazilərdə yerləşən 6 məktəbin tarix müəllimləri və metodbirləşmə rəhbərləri ilə əlaqə yaradaraq, onlara dayaq məntəqəsinin əhəmiyyəti haqqında məruzə etdim. Zəruri material və sənədləri təqdim etdim. Dayaq məntəqəsinin yaradılması bu işin tam şəkildə qurulması demək deyildi. Azərbaycan Müəlllimlər İnistitutunun məktubuna əsasən Qusar rayon Təhsil Şöbəsi tərəfindən bu il də Azərbaycan Müəllimləər İnistitutuna ezam olundum. Burada respublikanın bütün şəhər və rayonlarını əhatə edən Dayaq məntəqəsi üçün zəruri materiallaırn hazırlanması, yeni innovasiyaların digər müəllimlərə ötürülməsi və digər zəruri işlərin görülərək Dayaq məntəqəsinin işinin səmərəliliyini necə artırmaq haqqında dəyərli məlumatlar aldım. Həmçinin kursda olduğum müddət ərzində Dayq məntəqə rəhbərinin iş qrafikini (Dayaq məntəqə rəhbərinin gündəliyini, açıq dərslərin keçiriləcəyi vaxtların cədvəlini, fənn üzrə dayaq məntəqə rəhbərlərinin iştirak edəcəyi yığıncaqların cədvəlini) hazırlamağa nail oldum. Birinci mərhələdən sonra Dayaq məntəqəyə aid olan sənədlər daha da zənginləşdi. Bu baxımdan Dayaq məntəqəsində təhsil prosesinin təşkili modeli mənim üçün aydınlaşdı. Təhsil prosesinin təşkili modelinə müəllimlərin ixtisasatrıma və yenidənhazırlanma təhsilinə tələbatlarının və ümümi məqsədlərinin müəyyənləşdirilməsi, qiymətləndirmə kateqoriyalarının işlənib hazırlanması, müdavimlərin testdən keçməsi, tədris metodlarının qiymətləndirilməsi, təhsilin təşkili, real proses, müşahidələr, qiymətləndirmə, dəyərləndirmə, Təhsilin nəticələrinin kateqoriyalarla, standartlarla müqayisə olunması daxildir. İnanıram ki,sadaladığım meyarları rellaşdıraraq Dayaq məntəqəmizin fəaliyyətinin daha da genişlənməsinə nail olacağıq. Çünki dövlətimiz tərəfindən böyük diqqət ayrılan təhsilimizə xidmət etmək və uğurlara nail olmaq ilk olaraq biz müəllimlərin borcudur. Ümummilli liderimiz Heydər Əliyevin belə bir deyimi var: Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.
Ceyhun Ağabəyov.
Qusar rayon Balaqusar kənd tam orta məktəbinin tarix müəllimi. Azərbaycan Jurnalistlər Birliyinin üzvü




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info