Əmək münasibətlərinə vergi nəzarəti haqqında konsepsiya hazırlanıb
Tarix: 04.11.2015 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən vergi ödəyiciləri fiziki şəxslərin aylıq gəlirlərini hesablayaraq qanunda nəzərdə tutulan dərəcələrə uyğun olaraq, ödəmə mənbəyində gəlir vergisi tutmalıdır. Bu barədə Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, fiziki şəxslərin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 250 manatadək olduqda əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 misli məbləğində olan hissəsi (2015-ci il üzrə 140 manat) azaldılır. İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir. Dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna edilməklə, digər şəxslərə pensiya ödəyən və vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən fərdi sahibkarlar və xüsusi notariuslar da yuxarıda göstərilən dərəcələrə uyğun olaraq ödəmə mənbəyində gəlir vergisi tutmalıdır. Həmçinin gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməli, həmin müddətədək də ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni vergi orqanına təqdim etməlidirlər. Vergilər Nazirliyi tərəfindən əmək münasibətlərinə vergi nəzarəti haqqında konsepsiya hazırlanıb. Konsepsiya vergi nəzarəti tədbirləri ilə əhatə olunan vergi ödəyicilərində muzdlu işlə əlaqədar ödənilmiş gəlir vergisi üzrə uyğunsuzluqların araşdırılması və kənarlaşmalar üzrə fərdi yanaşma prinsipi əsasında vergilərin hesablanmasını müəyyən edir.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info