“Azərbaycan ilə Gürcüstan arasında olan münasibətlərə heç kim mane ola bilməz”
Tarix: 04.11.2015 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


“Qazlaşdırma bu gün də plan üzrə gedir. Biz düşünürük ki, 2017-ci ilin sonunda Gürcüstanın qazlaşdırılması ilə bağlı həyata keçirilən layihələr başa çatacaq”. Bu sözləri Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze APA-ya eksklüziv açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və Gürcüstanın uzun illərdir ki, SOCAR ilə dostluq əlaqələri mövcuddur: “Biz əsasən, əldə etdiyimiz təbii qazın, demək olar ki, 90 faizini Azərbaycandan alırıq və əlbəttə, gələcəkdə də alacağıq. Bu, bizim üçün çox vacibdir. Biz bunu alqışlayırıq. Azərbaycan ilə Gürcüstan arasında olan münasibətlərə heç kim mane ola bilməz",- deyə Kaxa Kaladze bildirib. Gürcüstanın energetika naziri Azərbaycan ilə perspektiv planların yenə davam edəcəyini bildirib: "Bizim üçün çox vacibdir ki, Gürcüstanda yaşayan əhali qışda təbii qazla təmin olunub. Çox vacibdir ki, biz evlərimizdə qazdan istifadə edirik", - deyə nazir qeyd edib. Kaxa Kaladze bildirib ki, Azərbaycan Prezidentinin Gürcüstana rəsmi səfəri çərçivəsində "Qazprom"la bağlı müzakirələr aparılmayacaq: "Gürcüstanın "Qazprom"la əvvəllər də münasibəti olub və biz bu şirkətdən kommersiya obyektləri üçün qaz alırdıq. Hazırda da alırıq, yəqin ki, gələcəkdə də alacağıq". Kaladzenin sözlərinə görə, Gürcüstan gələcəkdə İrandan da qaz ala bilər: "Bunun üçün gözləyəcəyik. Bizim əvvəllər İranla olan münasibətlərimizdən xəbərdarsınız. Bu gün İranla vəziyyət tamam başqadır və münasibətlərimiz yüksək səviyyədədir. Gürcüstan gələcəkdə İrandan yalnız Azərbaycan və Ermənistandan keçməklə qaz ala bilər. Bizim başqa yolumuz yoxdur. Bu, uzunmüddətli layihədir, bunu müzakirə edəcəyik".




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info