Bayrağımız şanlı tariximizdir
Tarix: 05.11.2015 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


“Naxçıvan” Universitetinin konfrans zalında ali təhsil ocağının Pedaqoji fakültəsinin tələbələrinin təşkilatçılığı ilə 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə “Bayrağımız şanlı tariximizdir” mövzusunda tədbir keçirildi.Tədbir başlamazdan əvvəl Azərbaycanın Dövlət Himni səsləndirildi. Sonra qürür mənbəyimiz olan bayraq səhnəyə gətirildi. Tədbirin aparıcıları bildirdilər ki, ötən əsrin əvvəllərində yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti milli bayrağın qəbul olunmasına nail olmuşdur. Lakin bolşevik istilası nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti və onun dövlət atributu olan bayrağı ləğv edildi. 70 ildən sonra Azərbaycan yenidən müstəqillik əldə etdi. Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında ümummilli liderimizin təşəbbüsü ilə qaldırıldı. Həmin sessiya tariximizdə Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olmuşdur. Məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həmin seesiyada “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət Hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında”,tarixi qərarlar qəbul edilmişdi. “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” qərara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuş, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın dövlət rəmzi kimi tanınması barədə vəsatət qaldırdı.
Ulu öndərin milli mənafelərə əsaslanan siyasətinin bütün sahələrdə uğurla davam etdirildiyini diqqətə çatdıran aparıcılar bildirdilər ki, Prezident İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur. Ölkə başçısı 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması,2009-cu ilin noyabrında isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. Hər il noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunacaqdır.
2010-cu il sentyabrın 1-də isə Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur. Meydanda inşa olunmuş bayraq dayağının hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadrat metr, çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Dövlət Bayrağı Meydanı dövlətçiliyimizin keçdiyi şərəfli tarixi, onun hansı təməl prinsiplərinə, ideoloji sütunlara söykəndiyini nümayiş etdirməklə yanaşı, xalqın müstəqil dövlətini qorumaq, inkişaf etdirmək, yaşatmaq əzmini bir daha göstərir.
Tədbirin bədii hissəsində tələbələrin ifasında bayrağımızı əks etdirən fikirlər, şerilər, bir-birindən rəngarəng musiqi nömrələri səsləndirildi və rəqslər alqışlarla qarşılandı. Sonda tədbirə ali təhsil ocağının tədris işləri üzrə prorektoru,tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli yekun vurdu, bayrağımızı əks etdirən slayd və tələbələrin hazırladıqları video-çarx nümayiş etdirildi.

Nuray Cəfərova
Naxçıvan




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı
14.02.2019
Binəqədi RİH yanında İctimai Şura Uşaq Gənclər İnkişaf Mərkəzində tədbir keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info