Daha bir yolun yenidən qurulmasına başlanılır
Tarix: 05.11.2015 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Yaxın günlərdə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması layihəsinin birinci hissəsinin tikintisi işlərinə start veriləcək. Söhbət yolun Mingəçevir şəhəri-Mingəçevir dəmir yolu stansiyası arasında olan 16,480 kilometrlik hissəsindən gedir.
II dərəcəli avtomobil yolunun ümumi eni 15 metr olmaqla iki hərəkət zolağından ibarətdir. Layihəyə əsasən hər bir hərəkət zolağının eni 3,75 metrdir. Yolun kənarlarında 0,75 metr asfalt örtüklü və 3,0 metr ikiqat bituma hopdurulmuş əsasın alt layı materialından olmaqla çiyinlərin eni 3,75 metr olması nəzərdə tutulub.
Yol geyiminin qalınlığı 72 santimetr olacaq. Bura 30 sm əsasın alt layı, 15 sm əsasın qırmadaş layı, 14 sm örtüyün üst layı, 8 sm əlaqələndirici lay və 5 sm aşınma layı daxildir. Yol üzərində yerləşən bir körpü sökülərək yerində yenisi inşa ediləcək. Kürəkçay üzərindəki körpü 1 aşırımlı və 18 metr uzunluğunda olacaq.
Yenidənqurma işləri çərçivəsində Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri-Mingəçevir dəmir yolu stansiyası arasında olan hissəsində 26 ədəd dairəvi borunun, 1 ədəd alt keçidin və 7 ədəd düzbucaqlı su keçidinin tikintisi də aparılacaq.
Qeyd edək ki,uzunluğu 154 kilometr olan Mingəşevir-Bəhrəmtəpə avtomobil yolunun yenidənqurulması layihəsi üç hissədən ibarətdir və digər iki hissənin tikintisi ilə bağlı tender hələlik elan edilməyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info