“İnnovativ Gənclər” Beyləqanda seminar keçirib
Tarix: 05.11.2015 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Beyləqan rayonunda Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın haqq səsinin dünyaya çatdırılması mövzusunda cəbhəyanı ərazilərdə gənclərlə maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində seminar təşkil edilib. Maraqlı mövzuların müzakirə olunduğu seminarda Beyləqan rayonunun mərkəzi ərazilərində yaşayan gənclərlə bərabər ucqar kənd yerlərində yaşayan gənclər də iştirak etmişdir. Seminarı açıq elan edən “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov donor və təşkilat, məqsəd, qarşıya qoyulan vəzifələr haqqında iştirakçılara mühüm məlumatlar verib. Mövzu barədə ətraflı məlumatlar verən təşkilatın icraçı direktoru Mürsəl Behbudlunun ardınca, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Araz” Ədəbi Birliyinin sədri Asif Cəfərli, Beyləqan şəhər 1 saylı tam orta məktəbin “Hərbi rəhbəri” İqbal Zeynalov, “SAİPEM” şirkətinin “Kompüter təhlükəsizliyi mütəxəssisi”, ekspert Vüsal Fərhadlı da auditoriya ilə qarşılıqlı ünsiyyət sayəsində layihənin məğzi, bu sahədə həyata keçirilən dövlət tədbirləri, informasiya müharibəsi anlayışı, mövcud statistika, Azərbaycanın diaspor fəaliyyəti, İKT resursların Qarabağ savaşındakı rolu, gənclərin bu mövzuda üzərinə düşən vətəndaş məsuliyyəti və digər mövzular haqqında çıxış etmişdir. Ekspert Vüsal Fərhadlı auditoriyanın diqqətini müvafiq sahədə Azərbaycan – Türkiyə əməkdaşlığı, kiberhücumlardan qorunma yolları, proqramlaşdırma dilləri və digər məsələlərə yönəldərək gəncləri maraqlandıran sualları cavablandırmışdır. Sonda Vikipediyada qeydiyyatdan keçmək və məqalə yerləşdirmək, bloq yaratmaq və ondan istifadə qaydaları, sosial şəbəkələr və ondan düzgün və səmərəli istifadə, youtubedə qeydiyyat prosesi, video yerləşdirmək və digər məsələlər gənclərə internet vasitəsilə əyani şəkildə göstərilərək izah edilmişdir.
Qeyd edək ki, layihə Azərbaycanın haqq səsinin dünyaya daha geniş şəkildə çatdırılmasına töhfə vermək məqsədi daşıyır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info